Milli Məclisin plenar iclası başlayıb


29.03.2019 12:13
158
Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.


Ekspress.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 25 məsələ daxildir.


Bunlar "Hesablama Palatası haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında" və s. qanunlara, o cümlədən Vergi, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir.


Deputatlar yeni hazırlanan "Mediasiya haqqında" qanun layihəsinə də baxacaqlar.


Ekspress.az



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND