İlham Əliyev onlara general rütbəsi verdi

21.08.2019 20:12
213
İlham Əliyev onlara general rütbəsi verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


Ekspress.az sərəncamın mətnini təqdim edir:

“Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin”.


***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bəhlul Əliyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur:

“Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilsin”.


***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:


“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə


Atakişiyev Kamil Atakişi oğlu – polkovnik

Zeynalov Elşən Əsgər oğlu – polkovnik


“Vətən uğrunda” medalı ilə


Əliyev Elçin Qədir oğlu – polkovnik

Babayev Həsənalı Balaca oğlu – polkovnik-leytenant

Hüseynov Ağabala Mirzəbala oğlu – polkovnik-leytenant

Muradov Namiq Adil oğlu – polkovnik-leytenant

İbrahimov Oruc Adil oğlu – mayor


“İgidliyə görə” medalı ilə


Abbasov Ədalət Hekayət oğlu – polkovnik

İbrahimov Mircəlal Cəfərağa oğlu – polkovnik

Mayılov Ağamiri Səfi oğlu – polkovnik

Cəfərov Sənan Aslan oğlu – polkovnik-leytenant

Əliyev Mürsəl Sadıq oğlu – polkovnik-leytenant

Eynalov Əfqan Telman oğlu – mayor

Mirzəyev Rəşad Gülağa oğlu – mayor


“Tərəqqi” medalı ilə


Rzayev Rasim Rahib oğlu


“Hərbi xidmətlərə görə” medalı ilə


Həsənov Rövşən Adil oğlu – polkovnik

Novruzov Vasif Usub oğlu – polkovnik

Rzayev Fikrət Əşrəf oğlu – polkovnik

Süleymanov Bəhlul Eyvaz oğlu – polkovnik

Cəfərov Qabil Kərim oğlu – polkovnik-leytenant

Təhməzov İrafət Ağasəf oğlu – polkovnik-leytenant

Bayramov Mübariz Aslan oğlu – tibb xidməti mayoru

Eminov Elşən Ərəstun oğlu – mayor

Eminov Vüqar Çingiz oğlu – mayor

Əhmədov Ramin İbrahim oğlu – mayor

Nəbiyev Tural Bəhman oğlu – mayor

Nəsirov Tamerlan Tariel oğlu – mayor

Behbudov Rəhim Əli oğlu – kapitan

Əhmədov Sərdar Eldar oğlu – kapitan

İsmayıl-zadə Elnur Tariyel oğlu – kapitan

Tatlıyev Orxan Ramiz oğlu – kapitan

Ələsgərov Rövşən Aydın oğlu – baş leytenant

Abıyev Vüqar İldar oğlu – gizir

Babayev Nemət Həbib oğlu – gizir

Xələfov Anar Səhhət oğlu – gizir

Hüseyinov Elçin Allahpayı oğlu – baş çavuş

Xudiyev Şamo Şakir oğlu – baş çavuş

Novruzbəyov Rasim Həsən-bala oğlu – baş çavuş

Zərbəliyev Cavanşir Ramiz oğlu – baş çavuş”. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND