Bayramda beynəlxalq reyslərdə ən çox sərnişin axını hara olub?

06.06.2019 15:31
141
Bayramda beynəlxalq reyslərdə ən çox sərnişin axını hara olub?

Bayramın ilk günü ( 5 iyun tarixində) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb.


Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin yaydığı məlumatda bildirlib.


Beynəlxalq istiqamətlərə 25 reyslə 718 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub.


Bayramın 2-ci günü bu dəqiqələrə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə bu gün sərnişin sıxlığı müşahidə olunmur.


Ekspress.az