Azərbaycan dövlətinin daxili borcu artıb

21.05.2019 16:48
136
Azərbaycan dövlətinin daxili borcu artıb

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.


Bu barədə ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.


2019-cu il il yanvarın 1-i tarixinə daxili dövlət borcu 1,3202 milyard manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 28,3 faiz çoxdur. 2018-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 781,4 milyon manat təşkil edib, yerləşdirilmiş istiqrazlar üzrə 753,6 milyon manat daxil olub. 2019-ci il yanvarın 1-i tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1,0453 milyard manat ( o cümlədən 101,4 milyon manat faiz borcu) təşkil edib (ONA).


 ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND