Şimali Koreya prezidenti ABŞ-dan sanksiyaların ləğvini istəyib

28.02.2019 11:40
393
Şimali Koreya prezidenti ABŞ-dan sanksiyaların ləğvini istəyib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim ilə keçirdiyi görüşdən sonra açıqlamalar verib. 

 

Ekspress.az xəbər veri ki, Tramp səmərəli bir görüş reallaşdırdıqlarını ancaq müqavilə imzalanmadığını bildirib.

 

Tramp danışıqların sanksiyaların ləğv edilməsi tələbi ilə bitdiyini və Şimali Koreyaya sanksiyaların davam edəcəyini bildirib.


Trump Kimin nüvə silahı sınağı keçirməyəcəyinə dair söz verdiyini bildirib (Marja).

 

"Şimali Koreya sanksiyaların ləğv edilməsini istədi, mən isə bu istəyi rədd etdim",- Tram deyib. 

 

ABŞ-ın Xarici İşlər Naziri Mike Pompeo isə heyətlərin danışıqları davam edəcəyini bildirib.


Ekspress.az