Bu il Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 2,5% artıb

16.08.2019 11:54
87
Bu il Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 2,5% artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 44 473,1 mln manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.


Ekspress.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən ÜDM 4 499,5 manata bərabər olub.


Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.


İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3%, neft-qaz sektorunda isə 1,9% artıb. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND