• 17 °C Bakı
  • 16 °C Quba
  • 25 °C Gəncə
  • 22 °C Yevlax
  • 19 °C Naxçıvan

Di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lıq

19.11.2018 18:25
221
Di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lıq

Xa­ric­də ya­şa­yan və təş­ki­lat­la­nan azər­bay­can­lı­la­ra töv­si­yə edi­lən əsas fəa­liy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri də di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si­dir. Bu­ra­da "di­gər xalq­lar" de­dik­də vax­ti­lə Azər­bay­can­da ya­şa­mış və ha­be­lə bi­zə dost mü­na­si­bət bəs­lə­yən qey­ri-mil­lət­lər nə­zər­də tu­tu­lur.


Öl­kə­mi­zə məx­sus di­ni və et­nik to­le­rant­lıq bu­ra­da bü­tün xalq­la­rın azad və təh­lü­kə­siz ya­şa­ma­sı­na, mə­də­niy­yə­ti­nin, ana di­li­nin in­ki­şa­fı­na im­kan ve­rib. Məhz bu­na gö­rə də bu gün Azər­bay­can­dan xa­ri­ci öl­kə­lə­rə köç­müş bir çox qey­ri mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri res­pub­li­ka­mı­zı da­im öz­lə­ri­nə ikin­ci və­tən he­sab edir, öl­kə­mi­zin mil­li ma­raq­la­rı­nın mü­da­fiə­si işin­də fə­al iş­ti­rak edir­lər. Ey­ni za­man­da Azər­bay­can di­as­po­ru məs­kun­laş­dı­ğı öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən və Azər­bay­ca­na dost mü­na­si­bə­ti­lə se­çi­lən di­as­por­lar­la da sıx əmək­daş­lıq edir, on­la­rın təc­rü­bə­si­ni öy­rə­nir və Azər­bay­can hə­qi­qət­lə­ri­nin təb­li­ği işi­nə cəlb olun­ma­sı­na səy gös­tə­rir.


Bu­nun­la bağ­lı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­na di­gər xalq­la­rın di­as­por təc­rü­bə­si­nin öy­rə­nil­mə­si və tət­biq edil­mə­si ilə bağ­lı təd­bir­lə­rin gö­rül­mə­si töv­si­yə edi­lir. Bun­dan baş­qa, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­lər­də­ki di­gər xalq­la­rın di­as­por­la­rı ilə qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lıq əla­qə­lə­ri­nin qu­rul­ma­sı, bu məq­səd­lə bir­gə el­mi-prak­tik konf­rans­la­rın, mü­şa­vi­rə və top­lan­tı­la­rın təş­ki­li, Azər­bay­ca­na dost mü­na­si­bə­ti olan xalq­la­rın di­as­por nü­ma­yən­də­lə­ri­nin Azər­bay­can di­as­po­ru tə­rə­fin­dən təş­kil olu­nan təd­bir­lə­rə də­vət olun­ma­sı, ha­be­lə on­la­rın Azər­bay­ca­na sə­fər­lə­ri­nin təş­ki­li məs­lə­hət bi­li­nir. Azər­bay­can­dan baş­qa öl­kə­lə­rə kö­çən di­gər xalq­la­rın di­as­por qu­rum­la­rı ilə əla­qə­lə­rin qu­rul­ma­sı, öl­kə­miz­də ya­şa­yan müx­tə­lif xalq­la­rın xa­ri­ci öl­kə­lə­rə kö­çən ic­ti­mai xa­dim­lə­ri­nin seç­ki­li or­qan­la­ra se­çil­mə­si­nə dəs­tək ve­ril­mə­si də bu ba­xım­dan əhə­miy­yət­li he­sab edi­lir.


Di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si mə­sə­lə­si Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş Üz­rə Döv­lət Ko­mi­tə­si­nin də sə­la­hiy­yət­lə­ri­nə aid olan faə­liy­yət sa­hə­lə­rin­dən bi­ri­dir. Ko­mi­ti­nin əsas­na­mə­sin­də bu­nun­la bağ­lı qeyd­lər var.


2009-cu il­də qə­bul edi­lən Əsas­na­mə­də qeyd edi­lir ki, Ko­mi­tə di­as­por­la iş sa­hə­sin­də döv­lət si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar, elə­cə də on­la­rın tə­sis et­di­yi di­as­por təş­ki­lat­la­rı, ha­be­lə Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si­ni və in­ki­şaf et­di­ril­mə­si­ni, döv­lət or­qan­la­rı­nın və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın bu sa­hə ilə bağ­lı fəa­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­si­ni tə­min edən mər­kə­zi ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­dır.

Ko­mi­tə öz və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­ti­rər­kən həm də di­gər xalq­la­rın di­as­por­la­rı ilə qar­şı­lıq­lı əla­qə­də fəa­liy­yət gös­tə­rir. Döv­lət qu­ru­mu fəa­liy­yət is­ti­qa­mə­ti­nə uy­ğun ola­raq azər­bay­can­lı­la­rın di­as­po­ra təş­ki­lat­la­rı ilə Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lər qur­ma­sı­na və in­ki­şaf et­dir­mə­si­nə kö­mək­lik gös­tə­rir. Ko­mi­tı bi­zə dost mü­na­si­bət bəs­lə­dəyn di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı­nın Azər­bay­ca­nın döv­lət or­qan­la­rı və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ilə əla­qə­lər qur­ma­la­rı­na və in­ki­şaf et­dir­mə­lə­ri­nə, Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sə­ti, öl­kə­nin iq­ti­sa­di, so­si­al və mə­də­ni hə­ya­tı haq­qın­da düz­gün in­for­ma­si­ya al­ma­la­rı­na şə­ra­it ya­ra­dır. Əsas­na­mə­də bil­di­ri­lir ki, Ko­mi­tə Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı­nı Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin və su­ve­ren­li­yi­nin qo­run­ma­sı­na və möh­kəm­lən­di­ril­mə­si­nə, iq­ti­sa­di, so­si­al və mə­də­ni in­ki­şa­fı­na, cə­miy­yə­tin və döv­lə­tin si­ya­si hə­ya­tı­na qar­şı­lıq­lı su­rət­də fay­da­lı mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si işi­nə cəlb edir.


Döv­lət qu­ru­mu sa­da­la­nan fəa­liy­yət is­ti­qa­mə­ti­nə uy­ğun ola­raq mü­əy­yən və­zi­fə­lər da­şı­yır. Təş­ki­la­tın və­zi­fə­lə­rin­dən bi­ri Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lər qur­maq, on­la­rın təc­rü­bə­si­ni öy­rən­mək məq­sə­di ilə müx­tə­lif yön­lü təş­ki­la­ti, in­for­ma­si­ya, mad­di və mə­nə­vi yar­dım gös­tər­mək­dir. Ha­be­lə Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən müs­tə­qil, hü­qu­qi və dün­yə­vi döv­lət, de­mok­ra­tik cə­miy­yət qu­ru­cu­lu­ğu, so­si­al-iq­ti­sa­di, ic­ti­mai-si­ya­si və mə­də­ni in­ki­şaf haq­qın­da on­la­rı mə­lu­mat­lan­dır­ma­lı, ha­be­lə Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por qu­rum­la­rı ilə əmək­daş­lı­ğın in­ki­şa­fı sa­hə­sin­də gö­rül­müş iş­lər haq­qın­da vax­ta­şı­rı he­sa­bat­lar, il­lik mə­ru­zə­lər ha­zır­la­yıb Azər­bay­can Pre­zi­den­ti­nə təq­dim et­mə­li­dir.


Ko­mi­tə Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən xalq­la­rın di­as­por nü­ma­yən­də­lə­ri­nin Azər­bay­can döv­lə­ti­nə və onun və­tən­daş­la­rı­na mad­di, mə­nə­vi və hu­ma­ni­tar yar­dı­mı­nı təş­kil et­mək və ai­diy­yə­ti üz­rə is­ti­qa­mət­lən­dir­mək­də və­zi­fə­lən­di­ri­lib.

Ey­ni za­man­da Di­as­po­ra üz­rə Döv­lət Ko­mi­tə­si Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən xalq­la­rın di­as­por­la­rı ilə iş üz­rə ko­mis­si­ya­lar, ko­or­di­na­si­ya və eks­pert şu­ra­la­rı, iş­çi qrup­la­rı ya­rat­maq hü­qu­qu­na sa­hib­dir.


2018-ci il­də tə­sis edi­lən Azər­bay­can Di­as­po­ru­na Dəs­tək Fon­du­nun fəa­liy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri də Ko­mi­tə­nin ic­ra et­mə­li ol­du­ğu və­zi­fə­lə­rə uy­ğun ola­raq öl­kə­mi­zə dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­po­ra təş­ki­lat­la­rı­na dəs­tək ver­mək­dir.

Fond Azər­bay­ca­na dost mü­na­si­bə­ti bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lər qur­maq­da kö­mək et­mək, on­la­rın təc­rü­bə­si­ni öy­rən­mək məq­sə­di­lə ma­liy­yə yar­dı­mı ayı­ra bi­lər. Ma­liy­yə yar­dı­mı həm­çi­nin Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən müs­tə­qil, hü­qu­qi, dün­yə­vi döv­lət və de­mok­ra­tik cə­miy­yət qu­ru­cu­lu­ğu, so­si­al-iq­ti­sa­di, ic­ti­mai-si­ya­si və mə­də­ni in­ki­şaf haq­qın­da di­gər xalq­la­rın di­as­por­la­rı­nı mə­lu­mat­lan­dır­maq, bu ba­rə­də in­for­ma­si­ya­nı te­le­vi­zi­ya, ra­dio, döv­ri mət­bu­at və di­gər va­si­tə­lər­lə yay­maq məq­sə­di­lə edi­lir.


Fond xa­ri­ci öl­kə­lər­də Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­na, mü­tə­şək­kil­li­yi­nin möh­kəm­lən­mə­si­nə, azər­bay­can­lı­la­rın lob­bi­çi­lik fəa­liy­yə­ti­nin güc­lən­mə­si­nə və Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lə­rin ge­niş­lən­mə­si­nə mad­di yar­dım gös­tər­mək hü­qu­qu­na da sa­hib­dir.

2018-ci ilin bi­rin­ci ya­rı­sı­na aid olan mə­lu­ma­ta əsa­sən, xa­ric­də Azər­bay­can di­as­po­ra təş­ki­lat­la­rı ilə di­gər xalq­la­rın di­as­po­ra təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yə­ti olub.

2018-ci ilin bi­rin­ci ya­rı­mi­li ər­zin­də Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­tin­də əsas is­ti­qa­mət­lər­dən bi­ri­ni öl­kə hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı təş­kil edib. Bu is­ti­qa­mət­də, ümu­mi­lik­də 64 təd­bir hə­ya­ta ke­çi­ri­lib.


Azər­bay­can Pre­zi­den­ti Ad­mi­nist­ra­si­ya­sı­nın rəh­bə­ri­nin "20 Yan­var" və Xo­ca­lı soyq­rı­mı­nın anıl­ma­sı ilə bağ­lı təd­bir­lər pla­nı haq­qın­da mü­va­fiq Sə­rən­cam­la­rı­na uy­ğun ola­raq dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı tə­rə­fin­dən müx­tə­lif for­mat­lı anım mə­ra­sim­lə­ri, fo­to­sər­gi­lər, se­mi­nar­lar, də­yir­mi ma­sa­lar, konf­rans­lar ke­çi­ri­lib. Bu təd­bir­lə­rin bir ço­xun­da Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­po­ra nü­ma­yən­də­lə­ri iş­ti­rak edib.

Fev­ra­lın 27-də Tür­ki­yə­nin Sa­kar­ya şə­hə­ri­nin Ka­ra­su ra­yo­nun­da Xo­ca­lı soy­qı­rı­mı abi­də­si və Qa­ra­bağ pros­pek­ti­nin açı­lı­şı olub. Təd­bir­də Ka­ra­su bə­lə­diy­yə­si­nin səd­ri Meh­met İs­pi­roğ­lu, Tür­ki­yə-Azər­bay­can Dər­nək­lə­ri Fe­de­ra­si­ya­sı­nın səd­ri Bi­lal Dün­dar və Mil­li Məc­li­sin de­pu­ta­tı Qə­ni­rə Pa­şa­ye­va çı­xış edib.


Fev­ral ayın­da Xo­ca­lı soy­qı­rı­mı­nın 26-cı il­dö­nü­mü ilə əla­qə­dar ola­raq Tür­ki­yə­nin Ko­ce­li şə­hər Kör­fəz ra­yo­nun­da da "Xo­ca­lı şə­hid­lə­ri" abi­də­si­nin açı­lı­şı olub. Abi­də­nin açı­lı­şın­da Kör­fəz bə­lə­diy­yə­si­nin səd­ri İs­ma­il Ba­ran, Kör­fəz ra­yo­nu­nun ic­ra nü­ma­yən­də­si Ha­san Hü­seyn Can, Ko­ce­li va­li­si­nin müa­vi­ni Os­man Ek­şi, Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin mil­lət və­kil­lə­ri, Azər­bay­can Mil­li Məc­li­si­nin de­pu­ta­tı Qə­ni­rə Pa­şa­ye­va, Tür­ki­yə Azər­bay­can Dər­nək­lə­ri Fe­de­ra­si­ya­sı­nın səd­ri Bi­lal Dün­dar, Nə­si­mi ra­yon ic­ra ha­ki­miy­yə­ti baş­çı­sı­nın bi­rin­ci müa­vi­ni Gü­la­rə Ver­di­ye­va, Nə­si­mi ra­yon bə­lə­diy­yə­si­nin səd­ri Na­zim Qa­ra­xa­nov və "Qa­ra­bağ Mü­ha­ri­bə­si Ve­te­ran­la­rı, Əlil­lə­ri və Şə­hid Ai­lə­lə­ri" İc­ti­mai Bir­li­yi­nin Nə­si­mi ra­yon şö­bə­si­nin səd­ri Azər Qu­li­yev iş­ti­rak edib.


Mart ayın­da Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü də qeyd edi­lib. Mar­tın 31-də Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü ilə əla­qə­dar ola­raq ke­çi­ri­lən təd­bir­lər­dən Ka­na­da­nın To­ron­to şə­hə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın eti­raz ak­si­ya­sı­nı qeyd et­mək olar. Şə­hə­rin mər­kə­zi he­sab olu­nan "Dan­das Squa­re" mey­da­nı­na top­la­şan ak­si­ya­çı­lar əl­lə­rin­də Azər­bay­can, Tür­ki­yə və Ka­na­da bay­raq­la­rı, soy­qı­rı­ma, Er­mə­nis­ta­nın da­vam edən iş­ğal­çı­lıq si­ya­sə­ti­nə eti­raz bil­di­rən müx­tə­lif pla­kat­lar tut­muş, şü­ar­lar səs­lən­di­rib. Eti­raz ak­si­ya­sın­da To­ron­to və ət­raf şə­hər­lər­də ya­şa­yan Azər­bay­can və Türk ic­ma­sı­nın 200 nə­fə­rə ya­xın nü­ma­yən­də­si iş­ti­rak edib.


2018-ci il­də er­mə­ni ter­ror­çu­la­rı­nın azər­bay­can­lı­la­ra qar­şı tö­rət­di­yi soy­qı­rı­mı­nın 100 il­li­yi ilə əla­qə­dar Be­ni­lüks öl­kə­lə­rin­də də sil­si­lə təd­bir­lər təş­kil olu­nub. Mar­tın 26-da Ni­der­land Kral­lı­ğı­nın Rot­ter­dam şə­hə­rin­də Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (AAK) ve Be­ni­lüks Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (BAK) təş­ki­lat­çı­lı­ğı ilə Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü­nə həsr edi­lən "Səs­siz yü­rüş" ak­si­ya­sı ke­çi­ri­lib. Rot­ter­dam şə­hə­rin­də ke­çi­ri­lən ak­si­ya­ya Ni­der­land Kral­lı­ğın­da fəa­liy­yət gös­tə­rən türk, Lat­vi­ya, Lit­va, Es­to­ni­ya, İraq türk­mən­lə­ri­nin di­as­por təş­ki­lat­la­rı da ya­xın­dan dəs­tək ve­rib. Ak­si­ya iş­ti­rak­çı­la­rı tək­cə er­mə­ni ter­ror­çu­la­rı­na yox, ey­ni za­man­da on­la­ra dəs­tək ve­rən bə­zi Av­ro­pa döv­lət­lə­ri­nə də eti­raz­la­rı­nı bil­di­rib. Bu­nun­la ya­na­şı, ak­si­ya iş­ti­rak­çı­la­rı Ni­der­land Par­la­men­ti­nin alt pa­la­ta­sın­da, söz­də "er­mə­ni soy­qı­rı­mı­nı" qə­bul et­dik­lə­ri sə­nə­də gö­rə öz qə­ti eti­raz­la­rı­nı bil­di­rə­rək bun­dan son­ra da hər za­man Tür­ki­yə­nin ya­nın­da ola­caq­la­rı­nı bil­di­rib.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND