Ölkədə problemli kreditlər azalır

11.03.2019 10:11
121
Ölkədə problemli kreditlər azalır

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 569,4 mln. manat təşkil edib.


Ekspress.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1%, ötən il fevralın 1-nə nisbətən isə 7,5% azdır.


Qeyd edək ki, yanvarın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 12,2%, ötən ilin yanvarın sonuna isə 14,55% olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND