Azər­bay­can di­as­po­ru Öz­bə­kis­tan­da

13.12.2018 19:30
590
Azər­bay­can di­as­po­ru Öz­bə­kis­tan­da

Azər­bay­can və Öz­bə­kis­ta­nı ya­xın mil­li adət və ənə­nə­lər, ümu­mi dil qru­pu, mə­də­niy­yət və din bir­ləş­di­rir. Hər iki öl­kə uzun il­lər SSRİ-nin müt­tə­fiq res­pub­li­ka­la­rı olub­lar. Hə­lə ötən əs­rin 30-cu il­lə­rin­də küt­lə­vi rep­res­si­ya­lar za­ma­nı on min­lər­lə azər­bay­can­lı Öz­bə­kis­tan tor­pa­ğın­da sı­ğı­na­caq ta­pıb. Ha­zır­da 40 min­dən çox azər­bay­can­lı Öz­bə­kis­tan cə­miy­yə­ti­nin so­si­al, ic­ti­mai, iq­ti­sa­di və di­gər sa­hə­lə­rin­də fə­al iş­ti­rak edir.


Qeyd edək ki, hər iki öl­kə ara­sın­da dip­lo­ma­tik əla­qə­lər 1995 -ci ilə tə­sa­düf edir. 1996-cı il­də Azər­bay­ca­nın Öz­bə­kis­tan­da, 1998-ci il­də isə Öz­bə­kis­ta­nın Azər­bay­can­da sə­fir­lik­lə­ri fəa­liy­yə­tə baş­la­yıb.


Əmək­daş­lıq mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da döv­lət baş­çı­la­rı­nın sə­fər­lə­ri xü­su­si­lə bö­yük əhə­miy­yə­tə ma­lik­dir.


- Öz­bə­kis­tan Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İs­lam Kə­ri­mo­vun Azər­bay­ca­na 26-27 may 1996-cı il ta­rix­də ilk rəs­mi sə­fə­ri

- Qar­şı­lıq­lı an­laş­ma və dost­luq şə­rai­tin­də ke­çən sə­fər ər­zin­də iki öl­kə ara­sın­da 19 sa­ziş­dən iba­rət xü­su­si sə­nəd pa­ke­ti, o cüm­lə­dən "Azər­bay­can Res­pub­li­ka­sı və Öz­bə­kis­tan Res­pub­li­ka­sı ara­sın­da dost­luq və əmək­daş­lıq haq­qın­da mü­qa­vi­lə" im­za­lan­ma­sı.

- 21-22 ok­tyabr 1996-cı il ta­ri­xin­də Azər­bay­can Pre­zi­den­ti Hey­dər Əli­yev Türk­dil­li Döv­lət­lər Baş­çı­la­rı­nın IV Fo­ru­mun­da və gör­kəm­li döv­lət xa­di­mi Əmir Tey­mu­run 660 il­lik yu­bi­ley mə­ra­si­min­də iş­ti­rak et­mək üçün Daş­kənd­də sə­fə­ri və sə­fər çər­çi­və­sin­də döv­lət baş­çı­la­rı­nın Fo­ru­mun­da çı­xı­şı.


Ulu ön­dər bil­di­rib ki, türk­dil­li döv­lət baş­çı­la­rı­nın mün­tə­zəm gö­rüş­lə­ri bu öl­kə­lər ara­sın­da əmək­daş­lı­ğın in­ki­şa­fı­na, mə­də­ni və mə­nə­vi əla­qə­lə­rin ge­niş­lən­mə­si­nə, on­la­rın müs­tə­qil­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si­nə kö­mək edir. Bun­dan baş­qa, 1997-ci il­də Hey­dər Əli­ye­vin Öz­bə­kis­ta­na rəs­mi sə­fə­ri mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da ye­ni mər­hə­lə ki­mi sə­ciy­yə­lən­dir­mək olar. Daş­kənd­də də 19 sə­nəd im­za­la­nıb. Bu sə­nəd­lər içə­ri­sin­də Azər­bay­can və Öz­bə­kis­tan ara­sın­da əmək­daş­lı­ğın da­ha da in­ki­şaf et­di­ril­mə­si, dost­luq və tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si haq­qın­da mü­qa­vi­lə bö­yük əhə­miy­yət kəsb edir.


Ye­ri gəl­miş­kən, NA­TO, İKT, MDB, GU­AM sam­mit­lə­rin­də Azər­bay­can və Öz­bə­kis­tan pre­zi­dent­lə­ri­nin gö­rüş­lə­ri iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin da­ha da in­ki­şaf et­di­ril­mə­si­nə sə­bəb olub.


Eks­pert­lər bil­di­ri­lər ki, Azər­bay­can get-ge­də da­ha bö­yük geo­si­ya­si və geo­iq­ti­sa­di əhə­miy­yət kəsb edən Cə­nu­bi Qaf­qaz re­gio­nun­da Öz­bə­kis­ta­nın əsas tə­rəf­da­şı­dır. Hər iki döv­lət is­tər re­gio­nal, is­tər­sə də bey­nəl­xalq xa­rak­ter­li bir çox mə­sə­lə­lər­də ox­şar möv­qe tu­tur­lar. Bey­nəl­xalq təş­ki­lat­lar, o cüm­lə­dən BMT, İKT, EKO, MDB və Türk­dil­li Döv­lət­lər Baş­çı­la­rı­nın Fo­ru­mu çər­çi­və­sin­də iki öl­kə ara­sın­da sıx əmək­daş­lıq qu­ru­lub. Öz­bə­kis­tan hə­mi­şə Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin dinc, si­ya­si va­si­tə­lər­lə həl­li­nə tə­rəf­dar çı­xıb. Bu öl­kə Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün tə­min olun­ma­sı­nı mü­na­qi­şə­nin tən­zim­lən­mə­si­nin əsas şərt­lə­rin­dən bi­ri he­sab edir (wi­ki­pe­dia.org).


Qeyd et­di­yi­miz ki­mi, Öz­bə­kis­tan və Azər­bay­can ara­sın­da mə­də­niy­yət və ti­ca­rət əla­qə­lə­ri­nin kö­kü qə­dim dövr­lə­rə tə­sa­düf edir. Öz­bə­kis­ta­na azər­bay­can­lı­la­rın bir his­sə­si kö­nül­lü mü­ha­ci­rət edib, bir qis­mi isə zor­la kö­çü­rü­lüb. Xü­su­sən, Əmir Tey­mu­run Azər­bay­ca­na yü­rüş­lə­ri nə­ti­cə­sin­də yüz­lər­lə sə­nət­kar, elm xa­di­mi və nü­fuz­lu pe­şə sa­hib­lə­ri Sə­mər­qən­də sür­gün edi­lib­lər.


Azər­bay­can di­as­po­ru­nun Öz­bə­kis­tan­daa for­ma­laş­ma­sı əsa­sən XX əsr­də baş ve­rib. Təd­qi­qat­çı Ya­şar Qa­sım Öz­bə­kis­tan­da konk­ret ola­raq Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma pro­se­si­ni aşa­ğı­da­kı mər­hə­lə­lə­rə bö­lür:

- 1905-1907-ci il­lər­də er­mə­ni­lə­rin Azər­bay­can əra­zi­lə­rin­də hə­ya­ta ke­çir­di­yi küt­lə­vi qır­ğın­lar za­ma­nı baş­qa öl­kə­lə­rə, o cüm­lə­dən Öz­bə­kis­ta­na miq­ra­si­ya edən­lər

- Ok­tyabr çev­ri­li­şi, və­tən­daş mü­ha­ri­bə­lə­ri və ümu­mən 1918-1920-ci il­lər­də­ki ha­di­sə­lər nə­ti­cə­sin­də mü­ha­ci­rət edən­lər

- 30-40-cı il­lər­də­ki de­por­ta­si­ya və rep­res­si­ya­lar za­ma­nı Öz­bə­kis­ta­na məc­bu­ri sür­gün edi­lən­lər

- 1950-1960-cı il­lər­də apa­rı­lan qu­ru­cu­luq iş­lə­ri ilə əla­qə­dar kö­çü­rü­lən­lər

- 60-cı il­lə­rin axı­rı və 70-ci il­lə­rin əv­və­lin­də baş­la­nan sə­na­ye­ləş­mə ilə xa­rak­te­ri­zə olu­nan ye­ni dövr.

- 1991-ci il Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­nin əl­də olun­ma­sın­dan son­ra həm­və­tən­lə­ri­mi­zin Qərb və Şərq öl­kə­lə­ri­nə baş­la­nan küt­lə­vi miq­ra­si­ya­sı azər­bay­can­lı­la­rın Öz­bə­kis­ta­na mü­ha­ci­rə­ti­nin so­nun­cu mər­hə­lə­si ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər.


Xa­tır­la­daq ki, Azər­bay­can di­as­po­ru­nun Öz­bə­kis­tan­da sa­yı təq­ri­bən 60000 nə­fə­rə ça­tır. İki öl­kə ara­sın­da əla­qə­lə­rin in­ki­şa­fın­da Azər­bay­can­lı­la­rın Mil­li Mə­də­ni As­so­sia­si­ya­sı xü­su­si rol oy­na­yır. Bu as­so­sia­si­ya 4 no­yabr 2002-ci il­də tə­sis edi­lib və 6 vi­la­yət­də fi­li­al­la­rı­nı qey­diy­yat­dan ke­çi­rə­rək ge­niş fəa­liy­yət gös­tə­rir. Ha­zır­da Öz­bə­kis­tan­da bu di­as­po­ra təş­ki­la­tın­dan baş­qa, bir ne­çə Azər­bay­can di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tə­rir ki, bu təş­ki­lat­lar da mün­tə­zəm ola­raq öz­bək cə­miy­yə­ti­nə Azər­bay­can hə­qi­qət­lə­ri­nin çat­dırl­ma­sı is­ti­qa­mə­tin­də müx­tə­lif la­yi­hə­lər hə­ya­ta ke­çi­rir­lər. Be­lə təş­ki­lat­lar­dan bi­ri də Azər­bay­can Mil­li Mə­də­niy­yət Mər­kə­zi­dir. 1989-cu il­də Daş­kə­sən­də ya­ra­dı­lan mər­kə­zin əsas məq­sə­di Öz­bə­kis­tan­da ya­şa­yan soy­daş­la­rı­mız ara­sın­da sıx əla­qə­lər ya­rat­maq,

Azər­bay­can və Öz­bə­kis­tan xalq­la­rı ara­sın­da dost­luq əla­qə­lə­ri­nin möh­kəm­lən­dir­mək­dir.

Azər­bay­can Mil­li Mə­də­niy­yət Mər­kə­zi­nin səd­ri Mo­bil Məm­mə­dov qeyd edir ki, Azər­bay­can di­as­po­ru­nun müa­sir Öz­bə­kis­tan­da­ki və­ziy­yə­ti iki öl­kə ara­sın­da olan dost­luq və qar­daş­lıq mü­na­si­bət­lə­rin­dən qay­naq­la­nır: "Tə­sa­dü­fi de­yil ki, Or­ta Asi­ya­da ilk sə­fir­lik Öz­bə­kis­tan­da ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin iş­ti­ra­kı ilə 19 iyun 1997-ci il­də açı­lıb. 18-19 iyun 1997-ci il ta­rix­lə­rin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Hey­dər Əli­ye­vin Öz­bə­kis­ta­na rəs­mi sə­fə­ri­ni mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da ye­ni mər­hə­lə ki­mi sə­ciy­yə­lən­dir­mək olar. Sə­fər za­ma­nı iki döv­lət ara­sın­da müx­tə­lif sa­hə­lər­də əmək­daş­lı­ğa da­ir 19 sə­nəd im­za­lan­dı. Bu sə­nəd­lər içə­ri­sin­də Azər­bay­can və Öz­bə­kis­tan ara­sın­da əmək­daş­lı­ğın da­ha da in­ki­şaf et­di­ril­mə­si, dost­luq və tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si haq­qın­da mü­qa­vi­lə bö­yük əhə­miy­yət kəsb edir. Bu sə­nəd­lər iki öl­kə ara­sın­da uğur­lu əmək­daş­lıq üçün güc­lü fun­da­men­tal mü­qa­vi­lə-hü­qu­qi ba­za ya­rat­dı. Bu, di­as­po­ru­mu­zun in­ki­şa­fı­na bö­yük tə­kan olub. Ümum­mil­li li­de­ri­mi­zin yo­lu­nu Pre­zi­den­ti­miz İl­ham Əli­yev xü­su­si diq­qət­lə da­vam et­di­rir və bu öl­kə­də bir ne­çə də­fə rəs­mi sə­fər­də olub. İki öl­kə rəh­bər­lə­ri ara­sın­da mə­də­niy­yət, in­cə­sə­nət, iq­ti­sa­diy­yat və baş­qa sa­hə­lər üz­rə əmək­daş­lıq haq­qın­da im­za­la­nan mü­qa­vi­lə­lər ar­tıq öz nə­ti­cə­lə­ri­ni ve­rir. Bü­tün bun­lar Öz­bə­kis­tan­da ya­şa­yan Azər­bay­can di­as­po­ru­nun iq­ti­sa­di irə­li­lə­yi­şi­nə, so­si­al və­ziy­yə­ti­nin yax­şı­laş­ma­sı­na, adət-ənə­nə­lə­ri­nin qo­ru­yub sax­lan­ma­sı­na ge­niş im­kan­lar ya­ra­dır. Mil­li Mə­də­niy­yət Mər­kə­zi fəa­liy­yə­tin­də Azər­bay­ca­na qar­şı er­mə­ni tə­ca­vüz­kar­la­rı­nın apar­dıq­la­rı iş­ğal­çı­lıq mü­ha­ri­bə­si haq­qın­da əsil hə­qi­qə­ti açıb gös­tər­mək, soy­daş­la­rı­mı­za və Öz­bə­kis­tan­da ya­şa­yan xalq­la­ra bu ha­di­sə­nin ma­hiy­yə­ti­ni izah et­mək mü­hüm yer tu­tur. Mər­kəz­də ke­çi­ri­lən təd­bir­lər­də və top­lan­tı­lar­da Azər­bay­can­da ge­dən ha­di­sə­lər təh­lil olu­nur, er­mə­ni tə­ca­vüz­kar­la­rı­na qar­şı mü­ha­ri­bə apar­ma­ğa məc­bur olu­nan Azər­bay­ca­na mad­di və mə­nə­vi kö­mək­lik gös­tə­ril­mə­si təş­kil edi­lir. Dağ­lıq Qa­ra­bağ prob­le­mi ilə bağ­lı möv­qe­yi­miz bir­mə­na­lı və də­yiş­məz qa­lır... Öz­bə­kis­tan he­sab edir ki, bu mü­na­qi­şə­nin həl­li­nin baş­lı­ca şərt­lə­rin­dən bi­ri Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün tə­min olun­ma­sı­dır".


M.Məm­mə­dov onu da qeyd edir ki, Öz­bə­kis­tan­da ya­şa­yan azər­bay­can­lı gənc­lər ol­duq­ca fə­al­dır­lar, on­lar res­pub­li­ka­nın 50-dən çox ali təh­sil mü­əs­si­sə­sin­də bi­lik­lə­rə yi­yə­lə­nir­lər: "Gənc­lə­rin öz di­li­mi­zə, mə­də­niy­yə­ti­mi­zə, ta­ri­xi­mə­zə olan ma­ra­ğı sü­rət­lə ar­tır. Ke­çi­ri­lən təd­bir­lə­rin təş­ki­lin­də bi­zə yar­dım edir­lər. Di­as­po­run gənc üzv­lə­ri döv­lət və iç­ti­mai təş­ki­lat­lar­da öz yer­lə­ri­ni ta­pır­lar və ix­ti­sas­la­rı üz­rə ça­lı­şır­lar. Bu isə onu gös­tə­rir ki, di­as­po­ru­mu­zun gə­lə­cə­yi eti­bar­lı əl­lər­də­dir. Bun­dan baş­qa, Azər­bay­can Mil­li Mə­də­niy­yət Mər­kə­zin­də te­atr, mu­si­qi, folk­lor-et­noq­ra­fi­ya kol­lek­tiv­lə­ri, bə­dii stu­di­ya­lar və dər­nək­lər də təş­kil edi­lir. Mər­kə­zin təş­kil et­di­yi təd­bir­lər­də di­gər mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri də iş­ti­rak edir­lər. Bir­gə mə­də­ni və si­ya­si təd­bir­lər ke­çi­ri­lir, də­yir­mi stol ar­xa­sın­da söh­bət­lər təş­kil edi­lir, ümu­mi prob­lem­lər­dən və qay­ğı­lar­dan da­nı­şı­lır. Be­lə təd­bir­lər­də Azər­bay­can mə­də­niy­yə­ti­ni, xalq sə­nə­ti­ni təb­liğ et­mək mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ri­lir" (pres­lib.az).


Eks­pert­lər bil­di­rir­lər ki, ya­şa­dıq­la­rı öl­kə­lər­də Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­nin da­ha da güc­lən­mə­si, öl­kə­mi­zin la­yiq­li şə­kil­də təm­sil olun­ma­sı­na öz töh­fə­si­ni ve­rən yüz­lər­lə də­yər­li di­as­por nü­ma­yən­də­miz var. On­lar ara­sın­da Öz­bə­kis­tan­da Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­tin­də mü­hüm rol oy­na­yan di­as­por təm­sil­çi­miz Akif Ağa­ta­lı­bo­vun adı xü­su­si­lə qeyd olu­nur. Di­as­por təm­sil­çi­miz qeyd edir ki, Azər­bay­can­dan kə­nar­da ya­şa­yan hər bir azər­bay­can­lı Və­tə­ni­mi­zin təm­sil­çi­si­dir. Və­tə­ni­mi­zi la­yi­qin­cə təm­sil et­mək hər bi­ri­mi­zin mə­nə­vi bor­cu­dur: "Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı ümum­mil­li li­de­rin bu sa­hə­yə qay­ğı­sın­dan irə­li gə­lir. Bu gün Pre­zi­dent İl­ham Əli­ye­vin di­as­por­la bağ­lı ver­di­yi tap­şı­rıq və töv­si­yə­lər sa­yə­sin­də bu sa­hə da­ha da can­la­nır, in­ki­şaf edir. Azər­bay­can di­as­po­ru ötən il­lər ər­zin­də çox çə­tin və şə­rəf­li bir yol ke­çib. Bü­tün çə­tin­lik­lə­rə bax­ma­ya­raq, öz sö­zü­nü de­yib, dün­ya öl­kə­lə­rin­də for­ma­la­şıb və güc mər­kə­zi ki­mi özü­nü gös­tər­mə­yə baş­la­yıb. Qeyd edim ki, Öz­bə­kis­ta­na mü­ha­ci­rət et­miş soy­daş­la­rı­mız təd­ri­cən bu öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tı­na fə­al qo­şu­la­raq bu­ra­da Azər­bay­can di­as­po­ru­nu for­ma­laş­dı­rıb­lar. Həm­yer­li­lə­ri­miz Öz­bə­kis­ta­nın ic­ti­mai-si­ya­si hə­ya­tın­da ta­ri­xən mü­hüm iz­lər qo­yub­lar. Soy­daş­la­rı­mı­zın han­sı öl­kə­də ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, on­la­rın ürə­yi da­im Azər­bay­can­la dö­yün­mə­li­dir. Biz hər yer­də ça­lış­ma­lı­yıq ki, Azər­bay­ca­nın adı yük­sək­lər­də ol­sun. Döv­lə­tin və xal­qın ma­raq­la­rı əsas gö­tü­rül­mə­li­dir. Bi­zim Dağ­lıq Qa­ra­bağ prob­le­mi­miz var. Ona gö­rə di­as­por üzv­lə­ri ça­lış­ma­lı­dır ki, da­ha da fə­al ol­sun­lar, ya­şa­dıq­la­rı öl­kə­lər­də sə­fir­lik­lə­ri­miz­lə, döv­lət struk­tur­la­rı, və­tən­daş cə­miy­yə­ti fə­al­la­rı ilə əmək­daş­lıq et­sin­lər".


Onu da qeyd edək ki, Akif Ağa­ta­lı­bo­vun 2001-ci il­də Öz­bə­kis­tan­da ya­rat­dı­ğı Azər­bay­can Mə­də­niy­yət Mər­kəz­lə­ri As­so­sia­si­ya­sı (AM­MA) qı­sa za­man­da öz fə­al­lı­ğı ilə se­çil­mə­yə baş­la­yıb. Be­lə ki, qı­sa müd­dət­də Öz­bə­kis­ta­nın 15-ə ya­xın şə­hə­rin­də AM­MA-nın böl­mə­lə­ri fəa­liy­yə­tə baş­la­yıb (xalq­qa­ze­ti.com). Otuz il­dən ar­tıq Öz­bə­kis­tan­da ya­şa­mış Akif Ağa­ta­lı­bov 10 il AM­MA-nın səd­ri olub. As­so­sia­si­ya­nın xət­ti ilə o, is­tər Öz­bə­kis­tan­da, is­tər­sə də di­gər Or­ta Asi­ya res­pub­li­ka­la­rın­da Azər­bay­can­la bağ­lı müx­tə­lif təd­bir­lər ke­çi­rib. Azər­bay­can­la bağ­lı mə­lu­mat­la­rı, Dağ­lıq Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni Or­ta Asi­ya res­pub­li­ka­la­rı­na çat­dı­rıb.


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND