• 26 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 26 °C Yevlax
  • 29 °C Naxçıvan

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü oyunu keçiriləcək


19.04.2019 08:56
100
Azərbaycan Premyer Liqasında mövsümün 100-cü oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son iki oyunu keçiriləcək.


Ekspress.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda 33 xalla 4-cü pillədə yer alan "qırmızı-qaralar" bürünc medal iddialarını davam etdirmək üçün mütləq qələbə qazanmalıdırlar. 25 xalla 6-cı yerdə gedən "Zirə" isə qalib gəlsə, bir pillə irəliləyəcək.


İki komanda indiyədək 15 dəfə qarşılaşıb. Bunların hərəyə 4-də tərəflər bərabər sayda qələbə qazana biliblər. Daha 7 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qəbələ" öndədir - 16:13. Lakin "Zirə" 4 oyundur uduzmur. Son iki matçda isə heç-heçə qeydə alınıb.


Premyer Liqada cari mövsümün 100-cü qarşılaşması isə "Əlincə Arena"da "Sabah" və "Neftçi" komandaları arasında olacaq (report). Hazırda 52 xala malik flaqman 2-ci, 26 xalı olan debütant isə 5-ci pillədədir. "Ağ-qaralar" lider "Qarabağ"la xal fərqini 2-yə endirmək və çempionluq şanslarını azaltmamaq üçün mütləq qələbə qazanmalıdır. "Göy-ağlar"a isə qələbə ən azı mövqeyini əldən verməməsi üçün lazımdır.


Komandalar dördüncü dəfə üz-üzə gələcəklər. Premyer Liqada bu mövsümdən çıxış edən "Sabah" "Neftçi"yə əvvəlki hər 3 görüşdə uduzub. Topların nisbəti isə 7:1 flaqmanın xeyrinədir. "Sabah"ın II dövrəyə təsadüf etmiş ev oyununda hər iki komanda qol vurub.


Azərbaycan Premyer Liqası, XXV tur

19 aprel (cümə)

16:00. “Qəbələ” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 0:1, 0:0, 1:1

18:30. “Sabah” – “Neftçi”

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Əlincə Arena”

İlk 3 dövrədəki oyunlar: 0:2, 1:2, 0:3.


Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" səfərdə "Sumqayıt"a 2:1, "Qarabağ" isə evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND