Azərbaycanlı milyarder 2 milyard qazandı

02.09.2019 16:10
70
Azərbaycanlı milyarder 2 milyard qazandı

Rusiyalı milyarderlər 2019-cu ilin əvvəlindən bəri 28.316 milyard dollar qazanıblar.


Ekspress.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires İndex”in (BBİ) reytinq cədvəlində yer alıb.


BBİ-nin təqdim etdiyi reytinq cədvəlində dünyanın 500 ən varlı insanının adı yer alıb. Onlardan 24-ü rusiyalıdır.


Rus milyarderlərin siyahısına “Nornikel”in rəhbəri Vladimir Potanin başçılıq edir. Onun bu il ərzində əldə etdiyi gəlir 3.88 milyard dollar olub. İkinci yerdə 2.85 milyard dollarlıq gəlirlə “Novatek”in rəhbəri Leonid Mixelson, üçüncü yerdə isə Vladimir Lisin qərarlaşıb. Onu 2.35 milyard dollarlıq gəlirlə “Severstal”ın rəhbəri Aleksey Mordaşov izləyib. İlk beşliyi “Lukoyl”un rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov qapayıb (2.13 milyard dollar). (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND