Rusiya silahlı qruplaşmalara qoşulan Nigarı axtarışa verdi

19.06.2019 14:43
126
Rusiya silahlı qruplaşmalara qoşulan Nigarı axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşmalara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib.


Ekspress.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1991-ci il təvəllüdlü Nigar Eyubova qanunsuz silahlı qruplaşmada iştirakda təqsirli bilinir.


Rusiya hüquq-mühafizə orqanları N.Eyubova barəsində dövlətlərarası axtarış elan edib və tutulması üçün İnterpola müraciət olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND