Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək


05.04.2019 14:14
426
Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək

Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.


Ekspress.az -ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı deyib.


Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır (azvision).


Ekspress.az