Ukrayna Prezidentinin həyat yoldaşı andiçmə mərasiminə bu geyimdə gəldi - FOTO

20.05.2019 16:08
198
Ukrayna Prezidentinin həyat yoldaşı andiçmə mərasiminə bu geyimdə gəldi - FOTO

Bir neçə saat əvvəl Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi baş tutub.


Mərasimdə ölkənin yeni birinci xanımı Yelena Zelenski də iştirak edib. Andiçmə mərasimi üçün birinci xanım Ukrayna dizayneri Artyom Klimçukadan ağ kostyumu seçib.


Zərif dəstini də Yelena “Guzema” yerli zərgərlik markasının kolleksiyasından qızıl sırğalarıyla tamamlayıb (publika.az).


"Bütün ölkə üçün belə xüsusi gündə birinci xanım üçün zərgərlik nümunəsi seçmək böyük şərəfi", - deyə dizayner Valeri Quzema bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND