"Fransa dövlət başçısının qərarı siyası yalandır" - İbrahim Kalın


06.02.2019 22:37
134
"Fransa dövlət başçısının qərarı siyası yalandır" - İbrahim Kalın


"“Erməni soyqırımı” tarixi gerçəkliklə ziddiyyət təşkil edən, əsassız siyasi yalandır”.


Ekspress.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 1925-ci ildə Osmanlı dövlətindəki hadisələrlə bağlı rəsmi Ankaranın ünvanına edilən hücumlara açıqlamasında vurğulayıb.


“Türkiyə bu sayaq yalanları qəbul etmir”, - deyə İbrahim Kalın qeyd edib.


Prezidentin sözçüsü bildirib ki, rəsmi Ankara Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün “erməni soyqırımı günü” kimi qeyd olunması haqqında qərarını mühakimə edir: “Makronun tarixi gerçəklikləri siyasi ambisiyasının xeyrinə təhrif etməsi yolverilməzdir. Tarixi hadisələr siyasi alət olmamalıdır”. (report)


Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nün ölkəsində qeyd olunması barədə qərar qəbul edib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND