Gürcüstan parlamentinin sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri açıqlayıb

06.06.2019 11:18
60
Gürcüstan parlamentinin sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri açıqlayıb

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.


Spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.


O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq:


"Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq" (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND