"Münbiçə nəzarət Türkiyəyə verilməlidir" - İbrahim Kalın

05.02.2019 01:48
162
"Münbiçə nəzarət Türkiyəyə verilməlidir" - İbrahim Kalın


"Türkiyə ilə ABŞ arasında Suriyanın Münbiç bölgəsinə dair yol xəritəsi çoxdan həyata keçirilməli idi. Türkiyə ABŞ-la razılaşdırdığı yol xəritəsinin həyata keçirilməsində Rusiya ilə də eyni mövqeni bölüşür".


Ekspress.az xəbər verir ki, bunu Türkiyə hökumətinin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.


Kalın deyib ki, Münbiç və Fərat çayının şərqindəki bölgədə də oxşar modelin tətbiqi üçün başlıca şərt həmin bölgəyə nəzarətin Türkiyəyə verilməsidir.


  • SON XƏBƏR
  • TREND