Yollarda sürüşmə və uçqun prosesləri aktivləşib

Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib. Ekspress.az xəbər verir ki, bunu "Trend"ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, avqust ayı ərzində Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib, yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri qeydə alınıb.
Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyindəki sürüşmə sahəsində isə yamac hissədə uçqun prosesləri və yeni çatlar qeydə alınıb.
Nazirlik rəsmisi əlavə edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub, yolun hərəkət hissəsində çökmə qeydə alınıb.
Qaralov əlavə edib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə, yolun hər iki çiynində çökmə-oturma prosesləri olub. Bununla yanaşı, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun yamac hissəsində yeni lokal sürüşmə prosesləri əmələ gəlib.
Ekspedisiya rəisi Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyindəki mövcud sürüşmə sahəsində nisbi aktivliyin müşahidə edildiyini söyləyib.
Onun sözlərinə görə, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Xızı-Altıağac yolunun 1-ci kilometrliyində mövcud sürüşmə sahəsində aktivlik olub, yolun hərəkət hissəsində müxtəlif ölçüdə eninə çatlar müşahidə edilib. Bu yolun 11-15-ci kilometrliyində nisbi aktivlik müşahidə olunub, yolun yamac hissəsində uçqun- töküntü prosesləri qeydə alınıb.
Mütəxəssis bildirib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında nisbi aktivləşmə olub, yolboyu uçqun-töküntü prosesləri müşahidə edilib.
Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yolun sağ və sol yamacında sürüşmə sahəsinin ölçüləri artıb.
Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.
Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci kilometrliyində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40-metr hissəsində uçqun hadisəsi baş verib.
Ekspress.az
-
-
22.02 09:24
Xarici valyutaların manata qarşı məzənnələri
-
21.02 10:39
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
-
21.02 09:49
Valyuta məzənnəsi
-
20.02 13:50
Dünyanın ən yaxşı smartfonlarının siyahısı açıqlandı
-
20.02 09:27
Xarici valyutaların manata qarşı məzənnələri
-
19.02 09:35
Xarici valyutaların manata qarşı məzənnələri
-
18.02 09:35
Xarici valyutaların manata qarşı məzənnələri
-
15.02 09:38
Azərbaycan Mərkəzi Bankı üç illik auditor axtarır
-
15.02 09:36
Bugünkü məzənnə
-
14.02 13:27
Ölkəmizdə turizmin ən böyük bəlası: Otellərin ikili qiymət siyasəti-ARAŞDIRMA
-
14.02 12:27
“Zolotaya Korona” Xalq Bankda
-
14.02 09:50
Fevralın 14-də xarici valyutaların manata qarşı məzənnələri
-
13.02 09:20
Xarici valyutaların manata qarşı məzənnələri
-
12.02 10:35
“AtaSığorta”nın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək
-
12.02 09:50
Fevralın 12-də xarici valyutaların manata qarşı məzənnələri
-
11.02 09:37
Xarici valyutaların manata qarşı məzənnələri
-
09.02 09:26
Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb
-
08.02 14:54
AZSIĞORTA 2018-ci ili xalis mənfəətlə başa vurub
-
08.02 09:07
Manat və dolların məzənnəsi
-
07.02 19:55
“Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz?” - "BREND" etirafı
-
-
-
19.02 09:35
Xarici valyutaların manata qarşı məzənnələri
-
18.02 09:35
Xarici valyutaların manata qarşı məzənnələri
-
21.02 09:49
Valyuta məzənnəsi
-
20.02 09:27
Xarici valyutaların manata qarşı məzənnələri
-
20.02 13:50
Dünyanın ən yaxşı smartfonlarının siyahısı açıqlandı
-
22.02 09:24
Xarici valyutaların manata qarşı məzənnələri
-
21.02 10:39
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
-