Zakir Fərəcov Çinə gedir

06.09.2019 17:10
74
Zakir Fərəcov Çinə gedir

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çin Xalq Respublikasının Sian şəhərində işgüzar səfərdə olacaq.


Ekspress.az xəbər verr ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çinin Sian şəhərində keçiriləcək İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən Şəhərlərin 7-ci Beynəlxalq Birgə Konfransında, 2019 Avro-Asiya İqtisadi Forumununda iştirak edəcək. 


Z.Fərəcov səfər çərçivəsində qardaşlaşmış şəhər əlaqəsinin inkişaf etdirilməsi üzrə niyyət məktubunun və dost şəhər münasibətlərinin yaradılması üzrə Sazişin imzalanması mərasimlərinə qatılacaq.


Səfər çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, investisiya imkanları, yeni layihələrin həyata keçirilməsi yolları müzakirə olunacaq.


Qeyd edək ki, bu ilin iyul ayında Sumqayıt şəhərində Sian şəhəri ilə qardaşlıq münasibətlərinin qurulması barədə niyyət protolu imzalanıb. Vurğulanıb ki, Sumqayıt və Sian şəhərləri əməkdaşlıqla inkişfa, tərəqqiyə və son nəticədə “Bir kəmər, bir yol” uğurlu icrasına ciddi töhfə verəcək. (unikal)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND