Ramil Şeydayev “Dinamo”ya keçə bilər

01.07.2019 15:45
59
Ramil Şeydayev “Dinamo”ya keçə bilər

Rusiyanın “Krılya Sovetov” klubu ilə müqaviləsinin müddəti başa çatan Ramil Şeydayevin yeni klubu məlum olub.


Azərbaycan millisinin hücumçusu karyerasını Moskva “Dinamo”sunda davam etdirəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb (qafqazinfo).


Ramilin tibbi müayinədən keçdikdən sonra “Dinamo” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.


Şeydayev son mövsümdə “Krılya Sovetov”un heyətində Rusiya Premyer Liqasında 18 oyuna 4 qol vurub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND