Ağsunun icra başçısının müavini niyə istefa verib? - Rəsmi AÇIQLAMA

14.10.2019 13:10
100
Ağsunun icra başçısının müavini niyə istefa verib? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ağsu rayon icra başçısının müavini İqbal Şahbaba oğlu Mikayılovun istefa verməsi ilə bağlı məlumat yayılıb. İddiaya görə, yeni icra başçısı Vahid Tağıyevin sakinlərlə görüşü zamanı insident yaşanıb. Bildirilir ki, sakinlərdən biri probleminin həll olunmadığı üçün İqbal Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib. Nəticədə vəzifəsindən istefa verməli olub.


Bununla bağlı açıqlama verən Ağsu rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rasim Novruzov bildirib ki, yayılan informasiyalar həqiqət deyil:


"İqbal Mikayılovun istefa verməsinin sakinlərlə keçirilən görüşlə heç bir əlaqəsi yoxdur. O, şəxsi istəyi ilə istefa verib. Bu da normaldır. İqbal Mikayılovun istefası hələ qəbul olunmayıb. Bununla bağlı heç bir sərəncam yoxdur". (big)


Ekspress.az