Komitə 48 maşın satır: ən bahası 6 minə


21.05.2019 10:10
317
Komitə 48 maşın satır: ən bahası 6 minə

Dövlət Gömrük Komitəsi balansında olan istifadəsiz qalmış 48 ədəd avtomobilin satılması üçün hərraca təqdim edib.


Ekspress.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 18 iyun tarixində hərrac təşkil edib.


Komitə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Onlar arasında 1990-cı illərə aid avtomobillərlə yanaşı, 2004-cü il istehsalı olan maşınlar da var.


Hərraca “Nissan Maksima”, “Nissan Sanni”, “Mitsubişi L-200”, “Daevoo Leqanza”, “Daevoo Neksia”, “Hunday Aksent”, “Hunday Elantra”, “Hunday Sanata”, “Hunday Xoros”, “Ford Fokus”, VAZ-21214, UAZ-3153, “Tofaş Kartal SLX”, “Şevralet” və “Şevralet Niva 2123L” markalı avtmobillər təqdim edilib (axar.az).


Avtomobillər arasında ən yüksək qiymətə təqdim edilən avtomobil 2004-cü ilin “Nissan Maksima”sıdı ki, müəyyən edilən ilkin start qiyməti 6000 manatdan başlayır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND