Bu adaya köçənlərə ayda 500 avro veriləcək


05.07.2019 09:16
163
Bu adaya köçənlərə ayda 500 avro veriləcək

Yunanıstanın Kiçik Çuha adasında bələdiyyə ada əhalisini artırmaq üçün yeni sistem tətbiq etməyə başlayıb.


Ekspress.az xəbər verir ki, bələdiyyədən verilən açıqlamaya görə, adaya yerləşən ailələrə ayda 500 avro pul veriləcək. Girit və Çuha adalarının arasında yerləşən Kiçik Çuhada sadəcə 24 nəfər yaşayır.


Bələdiyyə başçısı Andreas Çarçalakis məsələ ilə bağlı "yerimiz çox gözəldir. Qış ayları bir az çətin keçir. Adamızı canlandıracaq ailələr axtarırıq. Bir neçə gün öncə adaya 3 uşaqlı ailə gəldi (big.az). Kiçik Çuhanı yenidən uşaq səsləri ilə dolduracaq üç gənc ailə istəyirik" – deyə qeyd edib.


Qeyd edək ki, adanın internet saytında Kiçik Çuha "müasirləşməyən kiçik bir yer" olaraq adlanır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND