Əmanətlərin Sığortalanması Fondu “Royalbank”ın kreditorlarına müraciət edib

12.06.2019 14:14
82
Əmanətlərin Sığortalanması Fondu “Royalbank”ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.


ADIF-dən bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi iyunun 18-dən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.


Kreditorlardan tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND