Çimməyə yararlı olan çimərliklərin işarələnməsi təklif olunur

12.06.2019 16:01
118
Çimməyə yararlı olan çimərliklərin işarələnməsi təklif olunur

"Çimmək üçün yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihə hazırlanır".


Bunu mətbuat konfransında Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.


O bildirib ki, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir:


"Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur (APA). Ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir".


Ekspress.az


  • SON XƏBƏR
  • TREND