Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tapşırıqlar verdi

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Ekspress.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.
Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Tədbirdən sonra E.Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.
Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (report).
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-