Qadın xəstəliklərini sağaldır - NANƏLİ ÇAY


24.05.2019 22:10
227
Qadın xəstəliklərini sağaldır - NANƏLİ ÇAY

İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı – nanə çayı için.


Ekspress.az xəbər verir ki, nanə çayı sərinləşdirir, təravətləndirir, güc verir, həzmi yaxşılaşdırır, mikrobları öldürür, əsəbləri sakitləşdirir.


Kimlərə nanə çayı məsləhətdir?


-Miqreni olanlara

-Ürək-damar problemi

-Nevrozlara (medicina)

-Qadın xəstəliklərində - menstruasiyanı bərpa edir, klimaksı yüngülləşdirir, qadın hormonlarını sabitləyir

-Yorğunluq


Kişilər bir qədər az içsə yaxşıdır, çünki kişi cinsi hormonlarını azaldır.


Necə hazırlamalı?


Dəm çaydanına 1 çay qaşığı təzə nanə yarpaqları, 1 çay qaşığı yaşıl çay əlavə edib, qaynar su əlavə edin. 10 dəqiqə dəmləyib, sonra limon qataraq için.

Eləcə isti aylarda bu çaya buz qatıb, sərin də içmək olar.


Ekspress.az