Azərbaycan və Ermənistan jurnalistləri Bakı və Yerevana səfərlər edəcək

15.04.2019 19:45
173
Azərbaycan və Ermənistan jurnalistləri Bakı və Yerevana səfərlər edəcək

"Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq". 


Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. 


Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib:


"Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub (report). Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq və sakinlərə öz torpaqlarında işləməyə imkan yaradılacaq".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND