Bakıda inanılmaz hadisə - qızı günlərlə zorladılar


18.07.2019 14:55
307
Bakıda inanılmaz hadisə - qızı günlərlə zorladılar

Bakıda tanışına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxsin məhkəməsi başlayır.


Ekspress.az -ın məlumatına görə, Həmzətov Rəsul Həmzətoviç barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci, yəni, seksual xarakterli zorakılıq hərəkətləri – təkrar törədildikdə maddəsi ilə açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.


Məhkəmənin hazırlıq iclası iyulun 25-də keçiriləcək.


Qeyd edək ki, R.Həmzətov tanışı və həmyerlisi S.Simakinaya qarşı dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib. Gənc qız başına gələnlərlə bağlı polisə müraciət edib və həmin şəxsin barəsində cinayət işi açılıb ( News24.az).


Ekspress.az

Açar sözlər: