Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir

19.06.2019 14:24
124
Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir


Donald Tramp administrasiyası Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə əlaqədar iyul ayında rəsmi Ankaraya qarşı üç yeni sanksiya paketi qəbul etməyə hazırlaşır.


Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verir.


Agentliyin yazdığına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən müzakirə olunan sanksiyalar paketi “onsuz da iqtisadi baxımdan çətin günlərini yaşayan Türkiyəni sarsıdacaq”.


Məlumata əsasən, daha çox Türkiyənin Rusiya ilə əməkdaşlıq edən müdafiə sənayesi şirkətlərinə “CAATSA” qanunu çərçivəsində sanksiyaların tətbiqi ideyası dəstək qazanıb (oxu.az). Bu, o anlama gəlir ki, tətbiq olunacağı təqdirdə, belə şirkətlər Birləşmiş Ştatların maliyyə sistemindən kənarlaşdırılacaq və onların ABŞ hərbi məhsulları alması və ya Türkiyə məhsullarını Birləşmiş Ştatlara ixrac etməsi faktiki olaraq qeyri-mümkün olacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND