Hər gün yesəniz, xəstələnməzsiniz - TURPUN BİLMƏDİYİNİZ FAYDALARI

13.02.2019 12:45
267
Hər gün yesəniz, xəstələnməzsiniz - TURPUN BİLMƏDİYİNİZ FAYDALARI



Təbiətin bizə bəxş etdiyi faydalı tərəvəzlərdən biri də turpdur. Hər mövsümdə yetişən turpun tərkibində B qrupu, C, E, PP vitaminləri, aminturşular, fermentlər, qidalı liflər, kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod kimi mikroelementlər var. Hər gün turp yemək sağlamlıq üçün olduqca faydalıdır. E-tibb.az turpun bilmədiyiniz faydalarını təqdim edir.


Yüksək lif ehtiva edir: Turp qidalı liflərlə zəngin tərəvəzdir. Bu liflər bağırsaqların normal fəaliyyəti, qəbizliyin profilaktikası üçün əhəmiyyətlidir. Qaraciyər və mədənin təmizlənməsinə də kömək edir.


Bronxitə faydalıdır: Qara turpun bronxit və öskürəyə təsiri çox böyükdür. Güclü iltihab əleyhinə xüsusiyyəti sayəsində soyuqdəymə, qrip, öskürək zamanı sağalmanı tezləşdirir. Öskürək və bronxit zamanı turpdan təbii dərman hazırlaya bilərsiniz. Bu, xalq təbabətində olduqca məşhur və sınanmış resept sayılır. İri turp götürün, axşamdan içini oyub, bal tökün. Səhər tezdən ac qarına həmin şirəni için.


Ağrıları azaldır: Ağ turp ağrıkəsici təsir göstərir. Əsasən də revmatizm ağrılarını azaltmağa kömək edir. Əsəbləri, stressi azaltdığı üçün qan

təzyiqi də normada qalır.


Qanı oksigenlə təmin edir: Qırmızı turp qana gedən oksigeni artırmaq qabiliyyəti ilə tanınır.


Vitamin C qaynağıdır: Vitamin C dedikdə ağıla ilk olaraq sitrus meyvələri gəlir. Amma qırmızı turpun da C vitamin ilə zəngin olduğunu diqqətdən qaçmamalıdır. Vitamin C immuniteti artırır, soyuqdəymədən qoruyur.


Ürəyi qoruyur: Turp tərkibindəki kalium sayəsində artıq mayeni orqanizmdən xaric edir. Bu da ürəyin və damarların sağlamlığını qoruyur, arterial təzyiqi aşağı salır, ürək-damar xəstəliklərinin yaranma riskini azaldır. Tərkibindəki yüksək miqdarda olan potasium ürək əzələsi daxil, bütün əzələlərin düzgün çalışması üçün vacib olan mineraldır. Bədənin yetərli miqdarda potasium qəbul etməsi yüksək təzyiqlə mübarizəni gücləndirir.

İmmuniteti artırır: C vitamininin yüksək tərkibi soyuq və öskürəkdir. Əsas immün sistemini gücləndirmək üçün mütəmadi olaraq istehlak edilməlidir.

Az kalorili olduğundan və tox tutduğu üçün pəhriz saxlayanların qida rasionunda olması məsləhətdir. 


Dəriyə xeyirdir: Hər gün turp yemək dərini qurumadan, sızanaqdan qoruyur. Bundan başqa, turp suyunun saç tökülməsi və kəpəyin qarşısını almağa kömək etdiyi deyilir.


Qeyd: Turp tərkibindəki kükürdlü birləşmələrdən dolayı qaz yaradır. Qastrit, kolit, ishal, sancı və digər mədə-bağırsaq problemi olanlar turpdan az istifadə etməlidirlər.


Ekspress.az

Açar sözlər: