Kişi şahmatçılarımız dünya çempionatında üçüncü məğlubiyyətini alıb

08.03.2019 17:56
103
Kişi şahmatçılarımız dünya çempionatında üçüncü məğlubiyyətini alıb

Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının IV turunda İsveç yığması ilə qarşılaşıb. 


Görüş skandinaviyalıların qələbəsi ilə yekunlaşıb - 3:1. Fikrət Sideifzadənin kapitan olduğu yığmanın üzvlərindən yalnız Rauf Məmmədov qələbə qazanıb. Əvəzində Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli rəqiblərinə təslim olub (report).


Beləliklə, 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan millisi 9-cu pilləyə enib. İlk qələbəsini qazanan İsveç isə 8-ci pilləyə yüksəlib.


İlk 3 turda Azərbaycan yığması Çin və İngiltərəyə uduzub, Qazaxıstanla heç-heçə edib. İsveç isə Hindistan, Qazaxıstan və İranla keçirdiyi qarşılaşmalardan məğlub ayrılıb.


IV turun Rusiya - İngiltərə matçında qalib müəyyənləşməyib - 2:2. ABŞ - Qazaxıstan, Hindistan - Çin və İran - Misir qarşılaşmaları hələ davam edir.


4 turdan sonra Rusiya 7 xalla liderdir. İngiltərə isə 6 xalla 2-ci pillədədir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND