"Vətənimizə, bayrağımıza uzanan əlləri qırarıq" - Türkiyə Prezidenti

08.02.2019 23:52
275
"Vətənimizə, bayrağımıza uzanan əlləri qırarıq" - Türkiyə Prezidenti

"Vətənimizə, bayrağımıza, müstəqilliyimizə uzanan əlləri qırarıq".


Ekspress.az “Anadolu”ya istinadla xəbər verir ki, bunu Sivasda keçirilən toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.


Prezident bildirib ki, Türkiyəyə Afrində, Cerablusda zərbə vurmaq istəyən qüvvələrin dərsi verilib.


Ərdoğan qeyd edib ki, Türkiyənin naliyyətlərinə qarşı qurulan hər bir plan alt-üst olacaq. Onun sözlərinə görə, ölkədə prezident idarəçiliyi sistemini tənqid edərək köhnə sistemin qayıdacağını istəyənlərin arzuları puç olacaq.

Açar sözlər: