“Mançester Siti” ardıcıl 2-ci dəfə çempion olub

12.05.2019 21:55
96
“Mançester Siti” ardıcıl 2-ci dəfə çempion olub

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.


XXVIII turun oyunları eyni gündə və eyni saatda başlayıb.


Son tur çempionun adına aydınlıq gətirib. Qızıl medallara iddialı olan “Mançester Siti” və “Liverpul” ən güclünü qiyabi mübarizədə müəyyənləşdirib.


Sonuncular evdə “Vulverhempton”u qəbul edibsə, “şəhərlilər” səfərdə “Brayton”la görüşüb. Tura qədər bir xal üstünlüyünə malik Mançester klubu qalib gəlmək vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Oyunun gedişində məğlub duruma düşən Pep Qvardiolanın yetirmələri 4:1 hesablı əzmkar qələbə ilə xal hesabını 98-ə çatdırıblar. Bununla da “Mançester Siti” ardıcıl 2-ci, tarixdə 6-cı dəfə İngiltərə çempionu tituluna yiyələnib (ONA).


1989/90 mövsümündən sonra çempionluğa həsrət qalan mersisaydlılar 2:0 hesablı ev qələbəsi ilə xal hesabını 97-yə çatdırsalar da, ikinci yerlə kifayətləniblər. 18 qat İngiltərə çempionu mövsümün gedişində böyük üstünlüyünü qoruyub azarkeşlərini sevindirməyi bacarmayıb.


Sonuncu tur bürünc medalın da taleyini aydınlıq gətirib. “Çelsi” “Lester”lə görüşdə xal itirsə də 3-cü yeri qoruya bilib. Buna “Tottenhem”in “Everton”u məğlub edə bilməməsi səbəb olub.


Ekspress. az

  • SON XƏBƏR
  • TREND