Gürcüstanda 10 polis işdən çıxarılıb

24.06.2019 18:01
60
Gürcüstanda 10 polis işdən çıxarılıb

Gürcüstanda 10 polis əməkdaşı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad edilib.


Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin departament rəhbəri Mamuka Çelidze məlumat verib.


O qeyd edib ki, vəzifə səlahiyyətlərinə son verilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa təqdim ediləcək.


Qeyd edək ki, Tbilisidə beş gündür davam edən etiraz aksiyalarında səsləndirilən tələblərdən biri də aksiyada qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND