Kişi şahmatçılarımız dünya çempionatında ilk qələbəsini qazanıb

09.03.2019 19:30
100
Kişi şahmatçılarımız dünya çempionatında ilk qələbəsini qazanıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında V turun oyununa çıxıb. 


Rəqib ABŞ yığması olub. Duel Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb. 


Bu, Azərbaycan millisinin turnirdə ilk qələbəsi olub.


Millinin heyətində Arkadi Naydiç və Nicat Abbasov görüşlərini qələbə ilə başa vurub. Rauf Məmmədov və Qədir Hüseynov isə rəqibləri ilə heç-heçə oynayıblar.

 

Qələbə sayəsində Azərbaycan millisi xallarının sayını 3-ə yüksəldib. ABŞ-ın isə 6 xalı var. 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND