Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar

15.04.2019 11:00
100
Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar


Ancelina Coli və Bred Pitt rəsmi şəkildə boşanıblar.


Bu barədə "The Blast" portalı məlumat yayıb. Məhkəmə onların “subaylıq” statuslarının bərpa edilməsi ilə bağlı müraciətlərini aprelin 12-də təsdiqləyib.


Bu qərar keçmiş həyat yoldaşlarına uşaqların qəyyumluğu və mülkiyyətin bölünməsi ilə bağlı razılığa gəlməkdə də imkan yaradacaq.


A.Coli ilə B.Pittin boşanma prosesi üç il çəkib. 

Hollivud aktyorları 2014-cü ildə ailə qurublar (ONA). Nikah mərasimi Fransadakı qəsrlərində keçib. Birlikdə yaşadıqları dövrdə cütlüyün üç biloloji uşağı olub, üç uşağı isə övladlığa götürüblər.  


Ekspress.az

  • SON XƏBƏR
  • TREND