Minsk-2019: İkinci günün gündəliyi

22.06.2019 09:57
242
Minsk-2019: İkinci günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.


Tamaşaçılar yarışın ikinci günündə 9 növ üzrə mübarizəyə şahid olacaqlar.


İlk mükafatçıların müəyyənləşdiyi gündə 24 dəst medal sahibini tapacaq. Azərbaycan idmançıları 5 növdə - cüdo, boks, atıcılıq, sambo və gimnastikada qüvvələrini sınayacaqlar (APA). Təmsilçilərimiz 1/16 final mərhələsi keçirilən boks istisna olmaqla, bütün növlərdə medal şanslarını yoxlayacaqlar. Cüdo və samboda bu şanslar kifayət qədər yüksəkdir.


Qeyd edək ki, gün ərzində keçiriləcək kamandan oxatma, basketbol, stolüstü tennis və velosiped idmanında təmsilçilərimiz olmayacaq.


22 iyun


Gimnastika


16:03. İdman akrobatikası, dinamik hərəkətlər

Qarışıq cütlər, final

Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi

17:24. İdman akrobatikası, balans hərəkətləri

Qarışıq cütlər, final

Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi

15:00. Bədii gimnastika

Fərdi çoxnövçülük, final

Zöhrə Ağamirova


Cüdo


11:30. Qadınlar, 48 kq

Aişə Qurbanlı – Aleksandra Pop (Rumıniya)

11:45. Qadınlar, 52 kq

Aleksandra Larisa Florian – Karolina Pienkovska (Polşa)

Gültac Məmmədliyeva – Katri Kakko (Finlandiya)

12:00. Qadınlar, 57 kq

İçinxorlu Munxtsedev – Eteri Liparteliani (Gürcüstan)

12:15. Kişilər, 66 kq

Nicat Şıxəlizadə - Boqdan İadov (Ukrayna)

12:45. Kişilər, 60 kq

Kəramət Hüseynov – Matyaj Trbovç (Sloveniya)

Orxan Səfərov – David Starkel (Sloveniya)


Boks


Kişilər, 1/16 final


19:30. 60 kq

Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

15:00. 69 kq

Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)

16:00. 75 kq

Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)

21:45. 81 kq

Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)


Sambo


Kişilər, 1/4 final


11:12. 57 kq

Mehman Xəlilov – Vladislav Buroz (Belarus)   

11:26. 68 kq

Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)

11:52. 82 kq

Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)


Qadınlar


12:32 72 kq


Gözəl Zutova – Kamil Laros (Fransa)


Atıcılıq


Güllə atıcılığı, qarışıq komandalar


12:30. Pnevmatik tapança, 10 m

Nigar Nəsirova-Ruslan Lunyov


Stend atıcılığı


10:00. Kişilər, trap


Əli Hüseynli


Ekspress.az

  • SON XƏBƏR
  • TREND