“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI

05.07.2019 18:10
254
“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.


Ekspress.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, sifariş vərəqində 22 futbolçunun adı var.


“Qarabağ”ın “Partizani” ilə oyunlar üçün heyəti aşağıdakı kimidir:


Qapıçılar: Şahruddin Məmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev.


Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Hüseyn Abbasov, Bədavi Hüseynov, Donald Gerrye (unikal.org).


Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abullah Zubir, İsmayıl İbrahimli, Flip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı.

Hücümçu: Mahir Emreli.


Qeyd edək ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab oyunu isə iyulun 17-si Bakıda olacaq.


Ekspress.az