Rusiya Türkiyəyə S-400 satmaqla NATO-nu parçalamaq istəyir - ŞOK iddia

15.06.2019 19:37
85
Rusiya Türkiyəyə S-400 satmaqla NATO-nu parçalamaq istəyir - ŞOK iddia

“Moskvanın birinci hədəfi NATO ittifaqında çatlaqlar yaratmaqdır. Amma belə bir şey olmayacaq”.


Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Erik Pahon deyib.


Mətbuat katibi Rusiyanın ABŞ-Türkiyə münasibətlərini korlamaqda ittiham edib.


“S-400 razılaşması və bunun F-35 döyüş təyyarələrinin istehsalı proqramına təsirlərinə, Türkiyə-ABŞ-NATO münasibətlərinə və bu münasibətlərin nə qədər böyük olduğuna baxmaq lazımdır (publika.az). ABŞ Türkiyəyə strateji müttəfiq kimi böyük əhəmiyyət verir. Təlimlərə, onların qüvvələri ilə birlikdə işləmək üçün potensialımızı artırmağa davam edirik. Bu əlaqələrin dərinliyinə baxmaq lazımdır. Moskva isə (Türkiyə-ABŞ arasındakı S-400 gərginliyi) bölünmədən istifadə edərək bu dərin əlaqələrə zərər vurmağa çalışır. Türkiyə 70 ildir ki, müttəfiqimizdir. Çətin zamanlardan keçdik, bu olacaq. Təbii ki, Türkiyənin S-400 alışından imtina etməsini, “Patriot” kimi NATO ilə uyğun sistem almasını istəyirik”, - Pahon qeyd edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND