Diaspor gənclərinin II Yay Düşərgəsi nə vaxt olacaq?

06.02.2019 12:07
710
Diaspor gənclərinin II Yay Düşərgəsi nə vaxt olacaq?

Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənclərimizi də iştirak etməyə dəvət edir. Düşərgə 8-14 Iyul 2019-cu il tarixlərində Şamaxıda təşkil olunacaq.

İştirak etmək istəyənlər martın 30-dək http://diaspor.gov.az/qeydiyyat/ ünvanından qeydiyyatdan keçərək, lazımi sənədləri elektron formada təqdim etməlidir.

Qeydiyyat üçün lazım olan sənədlər bunlardır: ərizə forması, diaspor təşkilatı, ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri (səfirlik, konsulluq), digər qurumlar və ya şəxslər tərəfindən verilmiş imzalı, möhürlü tövsiyə məktubu, pasportun surəti.


Ekspress.az