Bakıda toyda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb


15.08.2019 00:04
171
Bakıda toyda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb

Bakının Binəqədi rayonunda kütləvi dava olub.


Ekspress.az xəbər verir ki, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.


Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.


Faktla bağlı araşdırma aparılır. (report)


Ekspress.az