87 yaşlı bibisini qəbiristanlıqda zorlayıb öldürdü

03.05.2019 18:20
229
87 yaşlı bibisini qəbiristanlıqda zorlayıb öldürdü

Qubada 87 yaşlı bibisini qəbiristanlıqda zorlayıb öldürməkdə təqsirləndirilən Mişi Miqirovun məhkəməsidavam edib.

  

Ekspress.az -ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror Mişi Miqirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, ötən il aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı qətlə yetirib.

 

Hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.

 

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib (bakupost). Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra o, ahıl qadını zorlayıb.

 

Mişi Miqirov hadisə zamanı sərxoş olub.

 

İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) 149-ci (zorlama), 150-ci (seksual xaraktelerli hərəkətlər etmə)maddəsi ilə ittiham elan edilib.


Ekspress.az