Bakıda yeyib-içməyə 369 milyon manat xərclənib

03.07.2019 23:35
128
Bakıda yeyib-içməyə 369 milyon manat xərclənib

Yanvar-may aylarında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 369,3 milyon manat olub.


Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin yanvar-may aylarına nisbətən 17,6 faiz azalaraq 159,8 milyon manat təşkil edib.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND