Bakıda yol polisinin maşını yandı - VİDEO

26.12.2018 11:39
386
Bakıda yol polisinin maşını yandı - VİDEO

Dekabrın 25-də, günorta saatlarında Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb.

Ekspress.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib. Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.


Həmin görüntüləri təqdim edirik:



Açar sözlər: