Vladimir Putinin gəlirləri açıqlayıb

12.04.2019 21:31
160
Vladimir Putinin gəlirləri açıqlayıb


Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə 8 milyon 648 min 353 rubl (təxminən 134 min dollar) gəlir əldə edib.


Bu barədə Kremlin saytında prezident tərəfindən gəlirlər, xərclər və mülkiyyətə dair yerləşdirilmiş bəyannamədə deyilir.


Bildirilir ki, ölkə başçısının orta aylıq əmək haqqı 720,7 min rubl (təxminən 11 min dollar) təşkil edib. Bəyannaməyə əsasən prezidentin mülkiyyətinin tərkibində dəyişiklik olmayıb (ONA). 77 kv m. mənzil, 18 kv.m. qaraj onun mülkiyyətinə daxildir. Həmçinin 153,7 kv metr mənzil və 18 kv metr qaraj sahəsi də prezidentin istifadəsindədir.


Hesablamalara əsasən Vladimir Putinin gəliri ötən illə müqayisədə 10 milyon rubl (təxminən 155 min dollar) aşağı olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND