• 17 °C Yevlax
  • 14 °C Naxçıvan
  • 21 °C Bakı
  • 16 °C Quba
  • 17 °C Gəncə

Ermənistan uşaq söhbətlərini qırağa qoyub danışıqlar masasına əyləşməlidir - XİN

14.05.2019 15:30
44
Ermənistan uşaq söhbətlərini qırağa qoyub danışıqlar masasına əyləşməlidir - XİN

“Özümüzü aldatmayaq, yəni nələr baş verdiyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı planın mövcud olduğunu hamı bilir. Bunları nəinki danışıqlar aparan tərəflər, həm ATƏT Minsk qrupunun həmsədr ölkələrinin, başqa ölkələrin də paytaxtlarındakılar gözəl anlayırlar”.


Ekspress.az xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.


Nazir həmçinin 16 yanvar Paris görüşündə də, bu yaxınlarda Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri arasında Moskvadakı üçtərəfli görüş zamanı da münaqişə tərəflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair açıq şəkildə müzakirə apardıqlarını xatırladıb (report).


Ekspress.ax

  • SON XƏBƏR
  • TREND