2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,92 milayrd dollar olub

17.01.2019 14:40
657
2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,92 milayrd dollar olub

2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30,92 milayrd dollar olub. Ekspress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 19,458 milyard dollarını ixrac, 11,464 milyard dollarını idxal təşkil edib. Ötən il xarici ticarət dövriyyəsinin dəyəri 7,993 milyard dollar olub.


Qeyd edək ki, ixrac göstəricilərinə ötən il ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılan ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb. Buna görə də 2018-ci ildə Azərbaycanın ixracı daha böyükdür və bu səbəbdən xarici ticarət dövriyyəsinin həcmi və müsbət ticarət saldosunun həcmi də böyük olacaq.