Azər­bay­can mə­də­niy­yə­ti xa­ric­də təb­liğ edi­lir

21.12.2018 18:50
775
Azər­bay­can mə­də­niy­yə­ti xa­ric­də təb­liğ edi­lir

Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin qar­şı­sın­da du­ran mü­hüm tap­şı­rıq­lar­dan bi­ri Azər­bay­can mə­də­niy­yə­ti­nin xa­ric­də ta­nı­dıl­ma­sı, təb­li­ği­dir. Bu iq­ti­qa­mət­də həm di­as­por təş­ki­lat­la­rı­nın, həm də Döv­lət Ko­mi­tə­si­nin çox­şa­xə­li fəa­liy­yə­ti möv­cud­dur. Son 2-3 ay ər­zin­də Azər­ba­yan mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər bu­nun təs­di­qi­dir.


2018-ci ilin no­yabr­dın­da An­ka­ra­da "Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti - 100. Bib­li­oq­ra­fi­ya", "Qa­ra Qa­ra­yev. Bib­li­oq­ra­fi­ya" ki­tab­la­rı­nın təq­di­ma­tı olub. Bey­nəl­xalq Türk Mə­də­niy­yə­ti Təş­ki­la­tı­nın (TÜRK­SOY) mər­kə­zi qə­rar­ga­hın­da ke­çi­ri­lən təd­bir­də TÜRK­SOY-un Baş ka­ti­bi, pro­fes­sor Dü­sen Ka­sei­nov, Azər­bay­ca­nın Tür­ki­yə­də­ki sə­fi­ri Xə­zər İb­ra­him və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov çı­xış edib. Çı­xış­lar­da Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı, onun qı­sa və şə­rəf­li yo­lu, cüm­hu­riy­yə­ti­mi­zin ide­ya­la­rı, XX əs­rin so­nun­da döv­lət müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı, bu pro­ses­də­ki çə­tin­lik­lər, o cüm­lə­dən ümum­mil­li li­der Hey­dər Əli­ye­vin xi­las­kar­lıq mis­si­ya­sın­dan bəhs olu­nub. Pre­zi­dent İl­ham Əli­ye­vin mü­va­fiq sə­rən­cam­la­rı ilə 2018-ci ilin "Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti İli" elan edil­mə­si, o cüm­lə­dən Qa­ra Qa­ra­ye­vin yu­bi­le­yi­nin qeyd olun­ma­sı döv­lət­çi­lik ənə­nə­lə­ri­nin nü­mu­nə­si ki­mi də­yər­lən­di­ri­lib.

Təd­bir çər­çi­və­sin­də Azər­bay­can Mil­li Ki­tab­xa­na­sı tə­rə­fin­dən öl­kə­mi­zin ta­ri­xi­nə, ənə­nə­lə­ri­nə, mə­də­niy­yə­ti­nə aid ki­tab­lar sər­gi­lə­nib.


Təq­di­mat mə­ra­si­mi Qa­ra Qa­ra­yev və di­gər Azər­bay­can bəs­tə­kar­la­rı­nın əsər­lə­rin­dən iba­rət kon­sert proq­ra­mı ilə da­vam edib.


No­yabr­da Ka­na­da­nın Ot­ta­va şə­hə­rin­də­ki Azər­bay­can ic­ma­sı mil­li mət­bə­xi­mi­zin yer­li sa­kin­lə­rə ta­nı­dıl­ma­sı məq­sə­di­lə "Gu­tab ma­king Work­shop" ad­lı təd­bir ke­çi­rib. 9 No­yabr Azər­bay­ca­nın Döv­lət Bay­ra­ğı gü­nü­nə həsr edi­lən təd­bir­də Ot­ta­va şə­hə­rin­də ya­şa­yan azər­bay­can­lı­lar, müx­tə­lif xalq­la­rın təm­sil­çi­lə­ri və Azər­bay­ca­nın Ka­na­da­da­kı Sə­fir­li­yi­nin nü­ma­yən­də­si iş­ti­rak edib.

Təd­bir­də qo­naq­la­ra Azər­bay­can haq­qın­da ət­raf­lı mə­lu­mat ve­ri­lib. Öl­kə­mi­zin ta­ri­xi, döv­lət­çi­lik ənə­nə­lə­ri, zən­gin mə­də­niy­yə­ti, mət­bə­xi, tə­biə­ti, tu­rizm im­kan­la­rı ba­rə­də da­nı­şı­lıb.

Gö­rüş­də ey­ni za­man­da, di­gər xalq­la­rın nü­ma­yən­də­lə­ri­ni mil­li mət­bə­xi­mi­zin nü­mu­nə­lə­ri ilə əya­ni ta­nış et­mək məq­sə­di­lə qu­ta­bın ha­zır­lan­ma­sı haq­qın­da mə­lu­mat ve­ri­lib, on­la­ra qu­ta­bın ha­zır­lan­ma­sı və bi­şi­ril­mə­si­ni öy­rən­mək im­ka­nı ya­ra­dı­lıb.


No­yabr­da Al­ma­ni­ya­nın Aşa­ğı Sak­so­ni­ya vi­la­yə­tin­də, Han­no­ver şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən Al­man Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­nin üz­vü, re­cis­sor Ələk­bər İma­no­vun çək­di­yi "Tu­nell­blick" ("Tu­nel gö­rün­tü­sü)" tril­ler fil­mi­nin təq­di­mat mə­ra­si­mi ke­çi­ri­lib. Po­de­born şə­hə­ri­nin mər­kə­zi ki­no­te­atr­la­rın­dan bi­rin­də baş tu­tan prem­ye­ra­da şə­hər me­ri­ya­sı­nın nü­ma­yən­də­lə­ri, Al­ma­ni­ya­da ta­nı­nan ak­tyor­lar Volf­hanq Kün­hold və Nad­ya Qrun, me­dia təm­sil­çi­lə­ri və di­gər qo­naq­lar iş­ti­rak edib. "İ-Mann Stu­dio"da çə­ki­lən 121 də­qi­qə­lik fil­min sse­na­ri mü­əl­lif­lə­rin­dən bi­ri, qu­ru­luş­çu ope­ra­to­ru və man­tac­çı­sı Ələk­bər İma­nov­dur. Film bir gən­cin hə­yat yo­lun­da­kı qar­şı­laş­dı­ğı prob­lem­lər­dən bəhs edən psi­xo­lo­ji tril­ler­dir.


No­yabr­da da­ha bir mə­də­ni təd­bir Öz­bə­kis­tan­da olub. Daş­kənd­də Əli­şir Nə­vai adı­na Öz­bə­kis­tan Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın baş re­cis­so­ru, Azər­bay­ca­nın və Öz­bə­kis­ta­nın Xalq ar­tis­ti, Döv­lət mü­ka­fa­tı lau­rea­tı Fi­ru­din Sə­fə­ro­vun 85 ya­şı qeyd edi­lib. Te­atr­da ke­çi­ri­lən yu­bi­ley təd­bi­rin­də Azər­bay­ca­nın və di­gər öl­kə­lə­rin Öz­bə­kis­tan­da­kı sə­fi­ri, dip­lo­mat­lar, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri, elm, mə­də­niy­yət, in­cə­sə­nət xa­dim­lə­ri, ic­ti­ma­iy­yə­tin nü­ma­yən­də­lə­ri, cur­na­list­lər iş­ti­rak edib­lər.


Öz­bə­kis­tan Mə­də­niy­yət Na­zir­li­yi­nin nü­ma­yən­də­si Mü­qəd­dəs Ax­med­ca­no­va, SSRİ Xalq ar­tis­ti Ya­qub Əh­mə­dov və di­gər­lə­ri çı­xış edə­rək Fi­ru­din Sə­fə­ro­vun hə­yat və ya­ra­dı­cı­lı­ğın­dan da­nı­şıb­lar. Qeyd olu­nub ki, ope­ra sə­nə­ti qar­şı­sın­da­kı xid­mət­lə­ri­nə gö­rə Öz­bə­kis­tan pre­zi­den­ti­nin fər­ma­nı ilə F.Sə­fə­rov "Əmək şöh­rə­ti" or­de­ni ilə təl­tif edi­lib.

Ötən ay Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si və Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə Kon­fe­de­ra­si­ya­sın­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə "Azər­bay­ca­nın dost­la­rı" di­as­por təş­ki­la­tı İs­veç­rə­nin Ştayn şə­hə­rin­də Azər­bay­can mə­də­niy­yət nü­mu­nə­lə­ri­nin təq­di­ma­tı­nı ke­çi­rib. Təq­di­mat "Bir­lik­də bay­ram edək" şüa­rı al­tın­da təş­kil olu­nan mul­ti­kul­tu­ral fes­ti­val çər­çi­və­sin­də baş tu­tub.

Təd­bir­də Azər­bay­ca­nın əmək­dar ar­tis­ti, ta­nın­mış xo­re­oq­raf, İta­li­ya Azər­bay­can Mə­də­niy­yət As­so­sia­si­ya­sı­nın səd­ri Ma­is Nu­ri­ye­vin rəh­bər­li­yi al­tın­da fəa­liy­yət gös­tə­rən qru­pun mil­li rəqs­lə­ri­miz­dən iba­rət çı­xı­şı ta­ma­şa­çı­lar tə­rə­fin­dən bö­yük rəğ­bət­lə qar­şı­la­nıb.

400 nə­fər­dən ar­tıq qo­na­ğın iş­ti­rak et­di­yi təd­bir çər­çi­və­sin­də ya­ra­dıl­mış və müx­tə­lif növ mil­li ku­li­na­ri­ya nü­mu­nə­lə­ri­mi­zin təq­dim olun­du­ğu Azər­bay­can sten­di­nə iş­ti­rak­çı­lar tə­rə­fin­dən bö­yük ma­raq gös­tə­ri­lib.


Qeyd edək ki, İs­veç­rə­də "Bir­lik­də bay­ram edək" şüa­rı al­tın­da ənə­nə­vi ola­raq təş­kil olu­nan fes­ti­val bu öl­kə­də ən ta­nın­mış mul­ti­kul­tu­ral təd­bir­lər­dən­dir.

De­kabr­da Uk­ray­na­nın Dnepr şə­hə­rin­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ra­dıl­ma­sı­nın və gör­kəm­li bəs­tə­kar Qa­ra Qa­ra­ye­vin ana­dan ol­ma­sı­nın 100 il­li­yi­nə həsr olun­muş təd­bir - kon­sert təş­kil olu­nub.


Azər­bay­ca­nın Uk­ray­na­da­kı sə­fi­ri­nin də iş­ti­rak et­di­yi təd­bir Dnepr şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən Müs­lüm Ma­qo­ma­yev adı­na Bey­nəl­xalq Fon­dun təş­ki­lat­çı­lı­ğı, Dnep­ro­pet­rovsk Azər­bay­can­lı­la­rı Li­qa­sı, Uk­ray­na Azər­bay­can­lı­la­rı Bir­ləş­miş Di­as­po­ru (UABD) və Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (BU­AK) dəs­tə­yi ilə ke­çi­ri­lib. Kon­sert za­ma­nı Azər­bay­ca­nın xalq ar­tis­ti, pro­fes­sor Yal­çın Adı­gö­zə­lo­vun rəh­bər­li­yi ilə Dnepr Döv­lət Sim­fo­nik Or­kest­ri­nin ifa­sın­da Qa­ra Qa­ra­ye­vin, Fik­rət Əmi­ro­vun və Va­sif Adı­gö­zə­lo­vun əsər­lə­ri təq­dim olu­nub.


Nə­ha­yət de­kabr­da Flo­ri­da Bey­nəl­xalq Uni­ver­si­te­tin­də Azər­bay­can mu­ğa­mı ge­cə­si ke­çi­ri­lib. Azər­bay­can Ame­ri­ka Mə­də­niy­yət As­so­sia­si­ya­sı tə­rə­fin­dən təş­kil olun­muş təd­bir­də ABŞ-ın mu­ğam üz­rə məş­hur mü­tə­xəs­si­si Cef­ri Ver­bok bu mu­si­qi can­rı haq­qın­da mə­ru­zə ilə çı­xış edib.

Tə­lə­bə au­di­to­ri­ya­sı qar­şı­sın­da çı­xış edən mu­si­qi­çi Azər­bay­can mu­ğa­mı­nın təd­qi­qa­tı ilə bağ­lı qırx il­lik təc­rü­bə­sin­dən da­nı­şıb. O, mu­si­qi­nin di­gər məş­hur canr­la­rı ilə mü­qa­yi­sə­də mu­ğa­mın in­cə­lik­lə­ri­ni diq­qə­tə çat­dı­rıb və onun qey­ri-adi­li­yi­ni vur­ğu­la­yıb.


Türk, İran və yə­hu­di ic­ma nü­ma­yən­də­lə­ri­nin, uni­ver­si­te­tin tə­lə­bə və mü­əl­lim he­yə­ti­nin iş­ti­rak et­di­yi təd­bir­də C.Ver­bok tar­da və ka­man­ça­da bir ne­çə mu­ğam əsə­ri­ni ifa edib.

Xa­tır­la­daq ki, 1971-ci il­dən Azər­bay­can mu­si­qi­si­nə vu­ru­lan Cef­ri Ver­bok bü­tün öm­rü­nü mu­ğam­la­rı­mı­zın xa­ric­də təb­li­ği­nə həsr edib. Onun təş­ki­lat­çı­lı­ğı ilə ABŞ-ın və İs­rai­lin mu­zey­lə­rin­də, kol­lec­lə­rin­də, uni­ver­si­tet­lə­rin­də və ic­ti­mai mər­kəz­lə­rin­də yüz­lər­lə kon­sert və mü­ha­zi­rə təş­kil edi­lib.

De­kabr­da Fran­sa­da Azər­bay­ca­nın Dost­la­rı As­so­sia­si­ya­sı­nın təş­ki­lat­çı­lı­ğı ilə Pa­ri­sin mər­kə­zin­də yer­lə­şən ta­ri­xi San-Cer­mən-Lok­se­rua (Sa­int-Ger­ma­in-l"Au­xer­ro­is) kil­sə­sin­də Azər­bay­can ope­ra­sı­nın ya­ra­dıl­ma­sı­nın 110 il­li­yi­nə həsr edil­miş kon­sert təş­kil edi­lib.


Təd­bir­də Azər­bay­ca­nın Fran­sa­da­kı sə­fi­ri Rəh­man Mus­ta­fa­yev, Fran­sa­da Azər­bay­ca­nın Dost­la­rı As­so­sia­si­ya­sı­nın Pre­zi­den­ti Can-Fran­sua Man­sel, UNES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Hed­va Ser, Pa­ri­sin 1-ci ra­yon me­ri­nin müa­vi­ni Kar­la Ari­qo­ni, fran­sa­lı cur­na­list­lər, mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri iş­ti­rak edib­lər.


Azər­bay­ca­nın Fran­sa­da­kı sə­fi­ri Rəh­man Mus­ta­fa­yev qo­naq­la­ra mü­səl­man şər­qin­də ilk ope­ra olan Azər­bay­can ope­ra­sı­nın ya­ran­ma­sı ta­ri­xi, 100 il bun­dan əv­vəl mü­səl­man şər­qin­də ilk par­la­ment olan Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti tə­rə­fin­dən əsa­sı qo­yul­muş par­la­ment və bu par­la­ment tə­rə­fin­dən Azər­bay­can­da qa­dın­la­ra səs­ver­mə hü­qu­qu­nun ve­ril­mə­si haq­qın­da ət­raf­lı mə­lu­mat ve­rə­rək be­lə bir mü­him ta­ri­xin qeyd edi­mə­si­ni al­qış­la­dı­ğı­nı bil­di­rib.


Fran­sa­da Azər­bay­ca­nın Dost­la­rı As­so­sia­si­ya­sı­nın Pre­zi­den­ti Can-Fran­sua Man­sel as­so­si­ya­si­ya­nın hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lər və bu la­yi­hər sa­yə­sin­də Azər­bay­can mə­də­niy­yə­ti­nin Fran­sa­da təb­li­ğin­də­ki ro­lun­dan söz aç­dı. O, mü­səl­man şər­qin­də ilk ope­ra­nın be­şi­yi olan Azər­bay­ca­nın bu gün də re­gi­on­da həm in­ki­şaf ba­xı­mın­dan, həm də proq­res­siv ide­ya­lar ilə öz qa­baq­cıl­lı­ğı­nı sax­la­dı­ğı­nı vur­ğu­la­yıb.


Kon­sert­də Səi­də Zül­fü­qa­ro­va­nın (pia­no), Re­gi­na Rus­ta­mo­va­nın (mez­za-sop­ra­no), Ti­mur Ab­di­ki­yev (bas), İri­na Ko­pi­lo­va (sop­ra­no) ifa­sın­da Azər­bay­ca­nın ope­ra mu­si­qi­lə­ri bö­yük ma­raq­la qar­şı­la­nıb. Kon­sert za­ma­nı unu­dul­maz bəs­tə­kar­la­rı­mız Üze­yir Ha­cı­bə­yo­vun Ar­şın Man Alan fil­min­dən Gül­çöh­rə­nin ari­ya­sı, Ni­ya­zi­nin Ar­zu me­lo­di­ya­sı, Fik­rət Əmi­ro­vun Se­vil Ope­ra­sın­dan Se­vi­lin Ari­ya­sı və di­gər mu­si­qi­lə­ri­miz səs­lən­di­ri­lib.

Bu ay Al­ma­ni­ya­nın Cel­le şə­hə­rin­də Azər­bay­ca­nın bö­yük bəs­tə­ka­rı Qa­ra Qa­ra­ye­vin 100 il­li­yi­nə həsr olun­muş klas­sik və müa­sir mu­si­qi­lər­dən iba­rət kon­sert proq­ra­mı ke­çi­ri­lib.


Ba­kı Al­man-Azər­bay­can Dost­luq cə­miy­yə­ti­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən təd­bir­də Azər­bay­can­dan də­vət olun­muş Q.Qa­ra­yev adı­na Ka­me­ra Or­kest­ri­nin ar­tist­lə­ri Nər­giz Əli­ye­va, Nəs­rin Rza­ye­va, Al­ma­ni­ya­da ya­şa­yan azər­bay­can­lı ope­ra mü­ğən­ni­si Ai­da Və­li və gənc is­te­dad­lar çı­xış edib.

Kon­sert proq­ra­mı yer­li ic­ti­ma­iy­yət tə­rə­fin­dən ma­raq­la qar­şı­la­nıb. Kon­ser­tin ke­çi­ril­mə­sin­də məq­səd Azər­bay­can mu­si­qi­si­ni və mə­də­niy­yə­ti­ni Al­ma­ni­ya­da təb­liğ et­mək, al­man ic­ti­ma­iy­yə­ti­nə, xü­su­si­lə də bu­ra­da ya­şa­yan gənc nəs­lin nü­ma­yən­də­lə­ri­nə Azər­bay­ca­nın zən­gin mə­də­niy­yə­ti­ni nü­ma­yiş et­dir­mək və sev­dir­mək­dir.


De­kabr­da Tbi­li­si­də fəa­liy­yət gös­tə­rən Mir­zə Fə­tə­li Axund­za­də adı­na Azər­bay­can Mə­də­niy­yət Mu­ze­yin­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın (AME­A) Hü­quq və İn­san Haq­la­rı İns­ti­tu­tu­nun sa­biq di­rek­to­ru və Gür­cüs­ta­nın He­la­ti Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki, pro­fes­sor Röv­şən Mus­ta­fa­ye­vin gür­cü di­li­nə tər­cü­mə edi­lən "Dai­rə­yə alın­mış cən­nət" ki­ta­bı­nın təq­di­ma­tı olub.

Təd­bir­də mu­ze­yin di­rek­to­ru, Azər­bay­ca­nın Əmək­dar mə­də­niy­yət iş­çi­si Ley­la Əli­ye­va yüz­dən ar­tıq mə­qa­lə, ki­tab və el­mi nəş­rin mü­əl­li­fi olan Röv­şən Mus­ta­fa­ye­vin ya­ra­dı­cı­lı­ğın­dan söz açıb. Bil­di­rib ki, bu gün gür­cü oxu­cu­la­rı­na təq­dim olu­nan ki­tab Azər­bay­can ilə Gür­cüs­tan ara­sın­da­kı mü­na­si­bət­lə­rə bö­yük töh­fə­dir.


Təd­bir­də çı­xış edən Azər­bay­ca­nın Gür­cüs­tan­da­kı sə­fi­ri Dur­sun Hə­sə­nov və baş­qa­la­rı R.Mus­ta­fa­ye­vin hü­quq və in­san haq­la­rı­nın mü­da­fiə­si is­ti­qa­mə­tin­də­ki fəa­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rib­lər. Çı­xış edən­lər gür­cü di­li­nə tər­cü­mə olu­nan ki­ta­bın əhə­miy­yə­ti­ni qeyd edə­rək mü­əl­lif­lə bağ­lı xa­ti­rə­lə­ri­ni bö­lü­şüb­lər.


Çı­xış­lar­da "Dai­rə­yə alın­mış cən­nət" ki­ta­bın­da­kı he­ka­yə­lər əsa­sın­da ye­ni ta­ma­şa­la­rın ha­zır­lan­ma­sı­nın va­cib­li­yi vur­ğu­la­nıb. Bil­di­ri­lib ki, ali­min da­ha bir ne­çə ki­ta­bı gür­cü di­lin­də nəşr olu­na­caq.

Təq­di­mat mə­ra­si­min­də Azər­bay­ca­nın və Gür­cüs­ta­nın elm adam­la­rı, mə­də­niy­yət və in­cə­sə­nət sa­hə­si­nin ta­nın­mış nü­ma­yən­də­lə­ri iş­ti­rak edib­lər.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND