• 19 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 15 °C Naxçıvan
  • 20 °C Bakı

Azərbaycanda ani ödəniş sistemi yaradılacaq

16.05.2019 11:47
31
Azərbaycanda ani ödəniş sistemi yaradılacaq


Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sisteminin yaradılması layihəsi üzərində işlər aparır. Bunu bu gün AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Sammit”) bildirib.


A. Quliyev deyib ki, 50 ölkədə ani ödəniş sistemi tətbiq olunur və Azərbaycanda bu sistemin yaradılması nəticəsində fiziki şəxslər, biznes strukturları və dövlət qurumları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablamalar 7/24/365 rejimində 5-10 saniyə ərzində yekunlaşacaq (ONA).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND